“Azərbaycanın turizm potensialını tanıt” müsabiqəsinin qalibləri mükafatlandırılıb


Dövlət Turizm Agentliyi və Medianın İnkişafı Agentliyinin (MEDİA) KİV nümayəndələri arasında elan etdiyi “Azərbaycanın turizm potensialını tanıt” mövzusunda keçirilən müsabiqədə birinci yeri tutan qaliblərin mükafatalandırılması mərasimi keçirilib.

Sumqayit.tv xəbər verir ki, mükafatlandırma “Expo 2020 Dubai” beynəlxalq sərgisində turizm həftəsi çərçivəsində baş tutub.

Mükafatlandırma mərasimində qaliblərə sertifikatlar Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid tərəfindən təqdim olunub.

Xatırladaq ki, müsabiqədə yazı kateqoriyası üzrə “Əsrlərdir saflığını qoruyan kənd - "Təbiət muzeyi"ndən reportaj” məqaləsi ilə Samirə Əli, TV süjeti kateqoriyası üzrə “Ağdam şəhəri işgüzar turizmin mərkəzi olacaq” süjeti ilə Çinarə Qambayeva və Elşad Məmmədov, foto kateqoriyası üzrə Anar Bayramlı I yeri tutaraq “EXPO 2020 Dubai” tədbirində Azərbaycan pavilyonunu ziyarət etmək üçün 3 günlük iştirak haqqı əldə ediblər.

Qeyd edək ki, “Expo 2020 Dubai” beynəlxalq sərgisində yanvarın 9-dan 15-dək təşkil olunan turizm həftəsi çərçivəsində Azərbaycan turizm şirkətləri tərəfindən Novruz ənənləri və elementləri, milli mətbəx nümunələri, müalicəvi Naftalan nefti, saxsı qablar və milli ornamentli zinət və dekorativ əşyaların hazırlanması nümayiş etdirilib, eləcə də ölkəmizin turizm imkanları təqdim olunub.

17-01-2022, 16:22 229

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041