Biləsuvarda “Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxslər saxlanılıb.
Sumqayit.tv xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində Ağalıkənd kəndi ərazisində qanunsuz ov edən Biləsuvar rayon sakinləri Samir Rəsulov və Davud Kərimov saxlanılıblar.
Onlardan 2 ədəd müvafiq sənədləri olmayan “İJ” və “Tula” markalı ov tüfəngləri və qanunsuz olaraq ovladıqları “Qırmızı kitab”a düşmüş Turac quşları aşkarlanıb.
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.