Heyvanlarda dəmrov xəstəliyi və ona qarşı mübarizə tədbirləri - Fermerlərə tövsiyə


El arasında dəmirov kimi tanınan xəstəlik elmi dildə “Trixofitiya” adlanır. Bu xəstəliyi Tr.verrucosum, Tr.gypseum və Tr.egvinum göbə­ləkləri törədir.

Dəmrov heyvan və insanların göbələk xəstəliyi olmaqla, dəri üzərində (müəyyən nahiyələrdə) tökülən qartmaqların, tüklərin di­bindən qırılması və ya serozlu irinli eksudatın ayrılması nəticəsində qalın qartmaqların əmələ gəlməsi ilə özünü göstərir və nəticədə dərinin iltihab prosesi ilə səciyyələnir. Xəstəlik əsasən payız və qış aylarında daha çox kör­pə heyvanlarda müşahidə olunur. Xəstəliyin inkubasiya dövrü 3-6 gün təşkil edir.
Dəmrov zamanı heyvanların məhsuldarlığı aşağı düşür, gön-dəri məmulatlarının keyfiyyəti pisləşir və xammalın dəyəri aşağı düşür.
Xəstəliyə bütün növ kənd təsərrüfatı heyvanları, gəmiricilər, quşlar, xəzdərili heyvanlar həssasdırlar. Yoluxma əsasən heyvanlarda baş və boyunun dərisində, bədənin yan tərəflərində, belində, çanaq nahiyəsi və quyruq dərisində özünü biruzə verir. Cavan heyvanlar yaşlılara nisbətən tez yoluxurlar və  xəstəliyi ağır formada keçirirlər. Xəstəlik əsasən antisanitariya zamanı, heyvanla­rın saxlanma və yemlənmə rejimi pozulduqda geniş miqyasda yayılır. Dəmrov xəstəliyinin törədiciləri kerotin toxuma­larında çox yaxşı inkişaf edirlər. Onlar orada toksin və kerotolitik fermentlər hasil edərək, dərinin iltihabının baş verməsinə səbəb olurlar. Törədicilər tük follikullarına daxil olaraq, kutikulaları dağıdır, qidalanmanı pozur və nəticədə tüklər tökülür.
Dəmirov xəstəliyini qoturluqdan ekzemadan, favus və dermatitdən təfriq etmək lazımdır. Qoturluqda iltihablı dəri sahəsini mikroskopla müayinə etdikdə gənələr aşkar edilir. Ekzema və dermatitlərdə yoluxduruculuq qabiliyyəti yoxdur, məhdud ləkələr olur, aparılan simptomatik müalicə səmərə verir.
Yaz və yay aylarında heyvanların açıq havada saxlanması və günəş şüalarının təsiri nəticəsində xəstəliyin sayı kəskin surətdə azalır. Xəstəliyin mənbəyi xəstə heyvanlardır. Xəstə heyvanlar sağlam heyvanla təmasda olduqda xəstəliyə yoluxurlar. Xəstəliyin yayılmasında əsas səbəblərdən biridə gəmiricilərdir. 
Dəmrov xəstəliyi ilə mübarizə aparmaq üçün ilk növbədə fermalarda baytarlıq-sanitariya və gigiyena tədbirlərinə riayət edilməlidir. Xəstə heyvanların müalicəsi, dezinfeksiya tədbirləri və heyvanlara qulluq edənlərin şəxsi gigiyenasına xüsusi önəm verilməlidir.  Dəmirovlu heyvanlar saglam sürüdən təcrid edilməklə müalicəyə cəlb edilməlidir. Müalicə üçün bir xlorlu yod, formalin ağ neft emulsiyası, herbisidlər, naftalan nefti, 10%-li kükürd-karbon turşusu qarışığı, formalin-kreolin emulsiyası qarışığı və s. preparatlardan istifadə olunur. Peyin biotermiki üsulla zərərsizləşdiriməlidir.
Dəmrov xəstəliyinin profilaktikası və müalicəsi üçün LTF-130 (ЛТФ-130) vaksinindən istifadə edilir.  Bu vaksinlər müalicə və profilaktika məqsədilə işlədilir. Vaksinlər 10-14 gün fasilə ilə 2 dəfə vurulur. Bununla da uzun müddətli immunitet yaranır. Qeyri-sağlam təsərrüfatlarda mütləq heyvanlar peyvənd olunmalıdırlar.
Təsərrüfatda heyvanlar arasında xəstəlik baş verərsə, onlar kliniki müayinədən keçirilirlər və xəstələr müalicə olunurlar. Müalicə zamanı tük və qartmaqlar toplanaraq yandırılıb məhv edilir.  Təsərrüfatda xəstəlik müəyyən edilən gün 5%-li formalin məhlulu, 10%-li kü­kürd karbol turşusu qarışığı, formalin-kerosin emulsiyası ilə cari dezinfeksiya aparmaq lazımdır.
Təsərrüfatda mövcud metal avadanlıqlar 30 dəqiqə suda qaynadılır və ya alov üzərin­də yandırılır. Taxta materiallar isə isti kül suyu və sabun məhlulları ilə yuyulurlar. Geyim vasitələri 40-45 dəqiqə müddətində formaldehid buxarı ilə və ya 30 dəqiqə formalin emulsiyası ilə isladılır. Axırıncı xəstə heyvanın sağalmasından 15 gün sonra təsərrüfat sağlam hesab olunur.
Göstərilənləri nəzərə alaraq bildiririk ki, fermerlər təsərrüfatlarında yuxarıda qeyd edilən əlamətləri müşahidə etdikdə mütləq sahə baytarlıq məntəqələrinə və ya baytarlıq idarələrinə müraciət etsinlər.
Qeyd etmək lazımdır ki, heyvanlarda dəmrov xəstəliyinin müalicə-profilaktika işləri təsərrüfat sahibinin hesabına aparılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi  fermerlərin bir daha nəzərinə çatdırır ki, heyvanları xəstəliklərdən qorumaq, məhsuldarlığın yüksəltmək, onların baş sayını artırmaq üçün ilk növbədə düzgün yemləmə və saxlanma şəraitini təmin etməli və baytarlıq-sanitariya tədbirlərini vaxtında həyata keçirməlidirlər.
Aqrar Xidmətlər Agentliyi fermerlərin nəzərinə çatdırır ki, heyvanlarda xəstəliklərə qarşı aparılan müalicə və profilaktika işləri baytar həkimin təyinatı və iştirakı ilə aparılmalıdır.
Heyvanlarda dəmrov xəstəliyi və ona qarşı mübarizə tədbirləri - Fermerlərə tövsiyə Heyvanlarda dəmrov xəstəliyi və ona qarşı mübarizə tədbirləri - Fermerlərə tövsiyəHeyvanlarda dəmrov xəstəliyi və ona qarşı mübarizə tədbirləri - Fermerlərə tövsiyə

20-01-2022, 11:15 358

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041