Bitmək bilməyən sintetik tor problemi - MÜRACİƏT


Xidmət rəisi balıq ovu ilə məşğul olanları sintetik torlardan istifadəyə son qoymağa çağırıb


Su hövzələrində balıqların istifadəsi qadağan olunmuş sintetik torlarla ovlanması cinayətdir.

Sumqayit.tv xəbər verir ki, qanunvericiliyə əsasən sənaye balıq ovu ilə məşğul olan subyektlərin kapron və kətan liflərdən hazırlanmış torlar istisna olmaqla, digər sintetik saplı və tək saplı torlarla balıq ovu ilə məşğul olması qadağandır. Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, aparılan maarifləndirmə və müvafiq cəza tədbirlərinə baxmayaraq ölkə ərazisində keçirilən reydlər, nəzarət tədbirləri zamanı balıqçılıq subyektləri, həmçinin brakonyerlər tərəfindən qadağan olunan sintetik torlardan kütləvi istifadə edilməsi halları aşkar olunur.

“Bu torların flora və faunaya, ətraf mühitə mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür, balıqların kütləvi məhvinə səbəb olmaqla yanaşı, onlar təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır, uzun müddət tullantı kimi qalaraq sututarları və ətraf mühiti çirkləndirir.

Qəti şəkildə bildiririk ki, onların istifadəsinə son qoyulmalıdır. Çox təəssüf ki, bu torlardan istifadə edənlərin bəziləri hətta kvota ilə balıq ovlayan hüquqi şəxslərdir”.

H.Əlizadə qeyd edib ki, ölkənin su hövzələrində keçirilən reydlər zamanı 2020-ci il ərzində 65 min metr, 2021-ci il ərzində isə 50 min metrdən çox sintetik tor yığılaraq zərərsizləşdirilib.

“Sintetik torların balıq ovu məqsədilə ölkəyə gətirilməsi və satılması qadağandır. Balıq ovu ilə məşğul olan bütün subyektlərin, həmçinin sintetik torları qanunsuz yolla əldə edən və satışı ilə məşğul olan ticarət obyektlərinin bir daha nəzərinə çatdırırıq ki, belə hallar aşkar olunduqda onlara qarşı cəza və sanksiyalar tətbiq olunacaq. Bu hallar qanuni kvota almış balıqçılıq subyektlərində, hüquqi şəxslərdə aşkarlanarsa, onların kvotası ləğv olunacaq və su hövzələrinə girişi qadağan ediləcək”.

Xidmət rəisinin sözlərinə görə, 2022-ci il ərzində də aidiyyəti qurumlarla birgə sintetik torların balıq ovu məqsədilə ölkəyə gətirilməsi və satılmasının qarşısının alınması sahəsində davamlı nəzarət tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

21-01-2022, 12:51 363

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041