Təhsil naziri Sabirabadda STEAM Mərkəzi və məktəb açılışında iştirak edib


Yanvarın 24-də təhsil naziri Emin Əmrullayev Sabirabad rayonuna səfər edib. 
 
Sumqayit.tv xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. 
 
Səfər çərçivəsində Sabirabad rayonu Mirhüseyn Məmmədov adına Nizami kənd tam orta məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. 
 
Mərasimdə təhsil naziri Emin Əmrullayev, millət vəkilləri Kamal Cəfərov, Ramin Məmmədov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayev iştirak edib.
 
Tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar. 
 
Bildirilib ki, yeni tikilmiş məktəb 624 şagird yerlikdir. 19 sinif otağından ibarət ümumi təhsil müəssisəsində  3 laboratoriya, 2 texnologiya, 2 informatika, çağırışaqədərki hazırlıq kabineti, məktəbəhazırlıq otağı, 96 yerlik akt zalı, idman zalı, kitabxana və 100 yerlik yeməkxana fəaliyyət göstərəcək.
 
Daha sonra Sabirabad şəhərindəki Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə yaradılan STEAM Mərkəzinin açılışı olub. 
 
Mərkəzdə yaradılmış şəraitlə tanış olan tədbir iştirakçılarına bildirilib ki, Mərkəz regional xarakter daşıyır. Belə ki, Sabirabad rayonunun kəndlərindən, eləcə də Saatlı və digər qonşu rayonlardan olan məktəblilərin də bu Mərkəzdən faydalanması nəzərdə tutulur. 
 
Qeyd edək ki, hazırda ölkə üzrə 100 mindən çox şagirdi əhatə edən STEAM layihəsinin növbəti tədris ilində genişləndirilməsi planlaşdırılır.

24-01-2022, 15:07 343

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041