Şagirdlərimiz 3 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək




2022-ci ildə Azərbaycan şagirdləri 3 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək.

Sumqayit.tv xəbər verir ki, sözügedən qiymətləndirmə tədqiqatları aşağıdakılardır: 
         
PISA 2022

Ölkəmizdə təhsil alan 15 yaşlı şagirdlər 2021-ci ildə sınaq mərhələsi baş tutmuş Beynəlxalq Şagird Qiymətləndirilməsi tədqiqatı – PISA 2022-nin (Programme for International Student Assessment) əsas mərhələsində iştirak edəcəklər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən 3 ildən bir təşkil olunan tədqiqat 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını ölçür. PISA 2022 tədqiqatında şagirdlərin oxu, riyaziyyat və elm sahələri ilə yanaşı, yaradıcı düşünmə ilə əlaqədar bilik və bacarıqları da qiymətləndiriləcək. Azərbaycan PISA beynəlxalq qiymətləndirmə tədqiqatında 2018-ci ildə olduğu kimi kompüterəsaslı iştirak edəcək. 
 
ICILS 2023

Ölkəmiz 2022-ci ildə 8-ci sinif şagirdlərinin kompüter və informasiya savadlılığı üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı - ICILS 2023-ün (International Computer and Information Literacy Study) sınaq mərhələsində iştirak edəcək. Əsas mərhələsi 2023-cü ildə baş tutacaq tədqiqat ilk dəfə 2013-cü ildə Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən aparılıb. 5 ildən bir keçirilən qiymətləndirmə tədqiqatı şagirdlərin hesablama düşüncəsinin qiymətləndirilməsi ilə yanaşı, məktəbdə kompüterlərlə problemi həll etmə bacarıqlarını necə inkişaf etdirdikləri barədə məlumatlar toplamaq və beynəlxalq səviyyəli müqayisələr aparmaq üçün bir fürsətdir.
 
TIMSS 2023

2022-ci ildə ölkəmizin IV və VIII sinif şagirdləri Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı - TIMSS 2023-ün (Trends in International Mathematics and Science Study) sınaq mərhələsində iştirak edəcək. 4 ildən bir keçirilən tədqiqatın əsas mərhələsi 2023-cü ildə baş tutacaq. Tədqiqatın əsas məqsədi şagirdlərin nəticələri əsasında riyaziyyat və təbiət elmləri üzrə təlim və tədrisin təkmilləşdirilməsi üçün məlumat toplamaqdır.  Azərbaycan bu beynəlxalq qiymətləndirmə tədqiqatında kompüterəsaslı iştirak edəcək. 

Qeyd edək ki, Azərbaycanın beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunması əsas məqsədlərdən biri kimi təyin edilib.
 


















26-01-2022, 11:02 145

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041