Media nümayəndələri ilə keçirilən təlimlər başa çatıb - VİDEO




Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Medianın İnkişafı Agentliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Müharibədən sonrakı reallıqlar və media” başlıqlı təlimlər başa çatıb.

Sumqayit.tv xəbər verir ki, təlimin sonuncu günündə iştirakçılar Müdafiə Nazirliyinin Mətbuat Xidmətində, Hərbi Nəşriyyatında,  “Azərbaycan Ordusu” qəzeti redaksiyasında, eləcə də Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzində olublar.
Media nümayəndələrinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən danışılıb.
Döyüş əməliyyatlarının gedişatında Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə saxlanılmasında, müharibə reallıqlarının operativ qaydada ictimaiyyətə çatdırılmasında Müdafiə Nazirliyinin mətbu orqanlarının rolu barədə ətraflı məlumat verilib.
Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə media nümayəndələrinin fəaliyyətinin təşkili və nəzərə alınmalı digər vacib məqamlar izah olunub.
Təlim çərçivəsində Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil edilib.
Jurnalistlər Azərbaycan hərb tarixini əks etdirən müxtəlif eksponatlarla, Vətən müharibəsində şəhid olmuş hərbçilərin şəxsi əşyaları, geyimləri və düşməndən qənimət kimi götürülmüş silahlarla tanış olublar.
İştirakçılara "Müharibə tarixinin formalaşmasında KİV-in rolu" mövzusunda brifinq və "Qələbə yolunda jurnalistlər" adlı qısametrajlı film  təqdim edilib.
Sonda media nümayəndələrinə sertifikatlar verilib, xatirə şəkli çəkdirilib.


27-01-2022, 11:14 170

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041