“Kitabi-Dədə Qorqud” dastanının Özbək dilinə tərcüməsi başa çatıb


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan ədəbiyyatı Özbək dilində” layihəsi əsasında Azərbaycan şifahi xalq ədəbiyyatının şedevrlərindən olan, ən qədim yazılı abidə  "Kitabi-Dədə Qorqud" dastanı Özbək dilinə tərcümə olunmuşdur. “Kitabi-Dədə Qorqud” dastanına daxil olan on iki boyu Özbəkistanlı alim, tərcüman Babaxan Şarif Özbək dilinə çevirmişdir.

Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud” eposu xalqımızın söz abidəsidir. Bu dastan yalnız Azərbaycan xalqının deyil, bütün Türk dünyasının əzəmətli tarixini yaşadan, onu bu günümüzə qovuşduran möhtəşəm sənət nümunəsidir. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dastanın boylarının əsas mahiyyətinin xalqımızın qəhrəmanlıq tarixi, onun müdrikliyi, yurdun və xalqın qorunması, milli mədəniyyətimizin, adət və ənənələrimizin tərənnümü, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara - şər qüvvələrə qarşı mübarizəsi və s. xüsusiyyətlərin olduğunu qeyd edərək bu gün də sözügedən görüşlərin aktual və əhəmiyyətli olduğunu bildirib.
Diplomat sözügedən əsərin insanlar arasındakı gözəl münasibətlər, humanizm, məhəbbət, ailə münasibətləri, anaya-qadına hörmət, övlad-valideyn münasibətləri, böyüklərə hörmət məsələlərinin bütün dastan boyu öz əksini tapdığını vurğulayaraq, dastanın gələcək nəsillərimiz olan uşaq və gənclərə, habelə cəmiyyətimizə daha çox tanıtmaq və təbliğ etməyin vacib olduğunu qeyd edib.  O, Türk dünyasının bir hissəsi olan, böyük mədəniyyət, ədəbiyyat beşiyi olan Özbəkistanda da “Kitabi Dədə Qorqud” dastanına marağın böyük olduğunu və dastanın ölkənin elm, tədqiqat müəssisələrində öyrənildiyini, tədqiq edildiyini vurğulayıb.
Məhz, bu marağı nəzərə alaraq, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu il ““Kitabi Dədə Qorqud” dastanı Azərbaycan, Türk dünyası şifahi xalq ədəbiyyatının zirvəsi, ən qədim yazılı abidəmiz” adlı beynəlxalq konfransın keçirilməsini, habelə Özbək dilinə tərcümə olunmuş dastanın Daşkənddə nəşrini planlaşdırır.
Azərbaycan Mədəniyyət Mərkəzi xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, adət və ənənələrini təbliğ etmək məqsədi ilə Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı haqqında “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə yaradılıb. Yaradılmış səhifə ilə https://uz.wikipedia.org/wiki/Kitobi_dadam_Qo%CA%BBrqut linkində tanış olmaq mümkündür və sözügedən bölmədə “Kitabi-Dədə Qorqud” dastanının tarixi, dastanın boyları, qəhrəmanları, dastanın dünyada həyata keçirilən tərcümələri, filmoqrafiyası, bu mövzuda həyata keçirilən araşdırma əsərləri yer alıb.



28-01-2022, 13:15 279

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041