Baytarlıq Elmi -Tədqiqat İnstitutu İSO 9001:2015 sertifikatına layiq görülüb


Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi -Tədqiqat İnstitutu müştəriləri üçün ardıcıl, etibarlı xidməti təmin edən ISO 9001:2015 “Keyfiyyət İdarəetmə Sistemi” sertifikatı əldə edib. 


Sumqayit.tv xəbər verir ki, Hollandiyanın Qida və Kənd Təsərrüfatı sahəsində ixtisaslaşmış KIWA beynəlxalq akkreditasiya qurumu tərəfindən keçirilmiş audit zamanı Baytarlıq Elmi-Tədqiqat İnstitutunun xidmətləri beynəlxalq standartların tələblərinə uyğun olduğu sübut edildikdən sonra elmi müəssisə bu sertifikata layiq görülüb.
ISO 9001:2015 sertifikatı maraqlı tərəflərin ehtiyaclarına cavab verən xidmətlərin ardıcıl şəkildə təmin edilməsi üçün sertifikatlaşdırılmış “Keyfiyyət İdarəetmə Sistemi”dir. Bu standartı tətbiq etmək İnstituta xidmət istifadəçiləri üçün prosesləri mümkün qədər sadələşdirməyə və rəqabət üstünlüyünü qorumağa imkan verir.
ISO 9001:2015 sertifikatına sahib olmaq Baytarlıq Elmi-Tədqiqat İnstitutunun davamlı olaraq yüksək standartların tətbiqində maraqlı olmasının göstəricisidir. ISO 9001 standartına riayət etmək institutun fəaliyyətini daha da səmərəli edir və xidmətlərinin keyfiyyətini artırır. Müştərilərin çoxu beynəlxalq standartların tələblərinin tətbiq olunduğu qurumlarla işləməyə üstünlük verir. Buna görə də akkreditasiyaya malik olmaq onların istəklərinə dəstək olmaqdır.
Baytarlıq Elmi - Tədqiqat İnstitutu bu nailiyyətə qısa müddət ərzində (2018-2021-ci illər) nail olub.
Belə ki, son illər Kənd Təssərüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun maddi-texniki bazası möhkəmlənib, elmi-tədqiqat diaqnostik laboratoriyası 2-ci Biotəhlükəsizlik Səviyyəsinə uyğunlaşdırılıb və müasir standartlarına cavab verən avadanlıqlarla təchiz edilərək peşəkar mütəxəssislərin istifadəsinə verilib. İnstitutun Bakı şəhərində yerləşən inzibati binası, tabeliyində yeni inşa edilmiş və müasir avadanlıqlarla təchiz olunmuş Baytarlıq Klinikası fəaliyyətə başlayıb. Baytarlıq Klinikası İnstitutun nizamnaməsinə və fəaliyət istiqamətlərinə uyğun olaraq kənd təsərrüfatı heyvanları ilə yanaşı, ev heyvanlarının müayinə-müalicəsi ilə məşğul olur. Klinikada qəbul, karantin, stasionar, terapiya, toksikologiya cərrahiyyə şöbələri mövcuddur və burada diaqnostik müayinələrdən USM, rentqen, endoskopiya, exokardioqrafiya, biokimya laboratoriyası xidmətləri göstərilir.
Qeyd edək ki, ISO 9001:2015 sertifikatı biznesin səmərəliliyini və müştəri məmnuniyyətini artırmaq üçün keyfiyyət idarəetmə standartıdır. ISO 9001 sertifikatının İnstitutda tətbiq edilməsində məqsəd keyfiyyət idarəetmə sisteminin tələblərinə uyğun fəaliyyəti təkmilləşdirmək, məhsuldarlığı artırmaq, lazımsız xərcləri azaltmaq, proseslərin və xidmətlərin keyfiyyətini təmin etməkdir.

31-01-2022, 11:47 207

Digər xəbərlər

Yarım milyon manat mənimsəyən bacısını xilas etmək istədi: Özü dələduzluğun qurbanı oldu

Sumqayıtda məktəbli qıza qarşı əxlaqsızlıq edən gəncin cəzası ağırlaşdırıldı

Sumqayıtda fərdi evdə yanğın baş verib, zərərçəkən var

İlham Rəhimova sanksiya tətbiq edildi

ÇL: “Qarabağ” ərizəsini açıqladı, bu oyunçular çağırılmadı

Sumqayıtla bağlı avtobus problemi qalmaqdadır

Sumqayıtda qadın həkimin evi qarət edildi: 25 min manat oğurlandı

"Sumqayıt" üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı Sumqayıtda da keçiriləcək

Sumqayıtda yolun qanunsuz zəbt olunması ilə bağlı ŞİKAYƏT - FOTO

Bu gün Sumqayıtın, bu mikrorayon və məhəllələri də qazsız qalacaq

Sumqayıtda 750 abonentin qazı müvəqqəti kəsiləcək

Paralimpiya çempionuna FHN-in Sumqayıt Regional Mərkəzində vəzifə verildi

Aumqayıtda yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi kassasiya şikayəti verdi

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

"Sumqayıt" klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək

Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

Prezident ŞƏT tədbirində çıxış etdi

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 963
Bu gün, 13:36
Bu gün, 13:31
Bu gün, 08:37
Dünən, 16:45
Dünən, 16:34
Dünən, 16:00
Dünən, 15:40
Dünən, 15:28
Dünən, 15:23
Dünən, 12:09
Dünən, 10:48
2-09-2025, 16:28
2-09-2025, 14:51
2-09-2025, 11:56
1-09-2025, 15:22
1-09-2025, 15:16
1-09-2025, 15:13
1-09-2025, 15:04
1-09-2025, 10:28
1-09-2025, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
1 2 3 4 5 6 7 8 9 10 ... 963