Fəvvarələr meydanı ətrafındakı bəzi küçələrin tamamilə piyadaların istifadəsinə verilməsi təklif edilir. Bu təklif Bakıda yeni piyada zonalarının yaradılması layihəsində əks olunub.
Ümumiyyətlə, layihədə şəhərin mərkəzini əhatə edən mövcud piyada zonasının genişləndirilməsi nəzərdə tutulub. Layihə ötən şənbə günü Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuranın iclasında təqdim edilib.