Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan 3-cü yaşayış massivində yeni içməli və tullantı su şəbəkələri yaradılır. İndiyədək əhali tərəfindən primitiv və pərakəndə çəkilmiş xətlər ləğv edilərək mərkəzləşdirilmiş sistemlə əvəzlənir.