RİTM startap proqramının qalibləri müəyyən edilib


Fevralın 1-də “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) startap proqramının finalçılarından ilk üç yerin sahibi onlayn tədbirdə mükafatlandırılıb.

Sumqayit.tv xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid layihənin əsas məqsədinin turizm sahəsində innovativ ideyaların dəstəklənməsi, bu ideyaların uğurlu bizneslərə çevrilməsi və daha da genişləndirilməsi işinə hərtərəfli köməkliyin göstərilməsi olduğunu deyib. Baş icraçı direktor layihənin regionlarda turizmin təşviq edilməsinə və inkişafına təkan verəcəyini, eyni zamanda müxtəlif çeşidli yeni turizm məhsullarının yaranmasına dəstək olacağını bildirib.

Onlayn tədbirdə, həmçinin Almaniyanın Azərbaycandakı səfirinin müavini Hayko Şvartz da iştirak edib və layihənin iqtisadiyyat və turizm üçün vacib məqsədlər daşıdığını qeyd edib.

Regionlarda turizm startaplarının dəstəklənməsi, eləcə də regional turizmə investisiyaların cəlb edilməsinin təmini məqsədini daşıyan proqram Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) təşəbbüsü, Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tapşırığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) icra etdiyi “Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramının dəstəyi ilə həyata keçirilib.

Proqram çərçivəsində 4 regiondan 8 müxtəlif klaster üzrə təqdim olunan 270-dən çox müraciətdən 28 layihə ideyası inkubasiya mərhələsinə seçilərək Quba, Şəki, Gəncə və Lənkəranda keçirilən təlimlərə cəlb edilib.

İştirakçılar turizm, sahibkarlıq, səmərəli startap metodları, maliyyə və marketinq modulları üzrə əhatəli və ən müasir təlim materialları ilə təmin edilib. Təlimlər DTA və ATB nümayəndələri, yerli destinasiya menecment təşkilatlarının nümayəndələri, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) iştirakı ilə keçirilib.

“RİTM” proqramı çərçivəsində ölkə üzrə finala yüksələn 10 startap layihəsi münsiflər heyəti tərəfindən qiymətləndirilib və ilk üç yer üzrə seçilən qaliblərə bizneslərinin inkişafı məqsədi ilə müvafiq olaraq 10000 AZN, 5000 AZN və 2500 AZN mükafat təqdim olunub.

Layihənin tərəfdaşları qismində “Paşa Holding”, Azərbaycan Hotel Assosiasiyası, Azərbaycan Turizm Bələdçilər Assosiasiyası və “PricewaterhouseCoopers” (PWC) şirkəti iştirak edib.

Proqramın növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur. 

2-02-2022, 10:28 325

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041