"Soft Computing" konfransının açılış mərasimi keçirilib


Fevralın 3-də görkəmli elm xadimi, professor Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş "Soft Computing" üzrə səkkizinci ümumdünya konfransının onlayn şəkildə açılış mərasimi keçirilib.

Sumqayit.tv xəbər verir ki, Konfrans Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutu, Berkli Kaliforniya Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı, Milli Elmlər Akademiyası, Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin dəstəyi ilə baş tutub.

Konfransın açılış mərasimində iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, çağdaş dünyanın elm və təhsil tarixinə şanlı səhifələr yazmış, görkəmli elm xadimi, qeyri-səlis məntiq nəzəriyyəsi sahəsində elmi məktəb yaratmış Lütfi Zadənin anadan olmasının 100 illik yubileyinin doğma Vətənimizdə ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamı ilə dövlət səviyyəsində qeyd olunması elm və təhsilimizin yaddaqalan bayramı olmaqla yanaşı, elm və təhsil xadimlərinin zəngin irsinə diqqət və qayğının təzahürü kimi yüksək dəyərləndirilir.

Lütfi Zadənin bu günümüzün inqilabi texnologiyalarının yaranmasında müstəsna rolu olduğunu vurğulayan Firudin Qurbanov qeyd edib ki, həmyerlimizin ölkəmizdə də elm sahəsində layiqli tədqiqatçıları və irsinin davamçıları mövcuddur. Nazir müavini əlavə edib ki, istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin daha yaxından tanıdılması məqsədilə ölkəmizin şagirdləri arasında məntiq olimpiadası keçirilir. Bundan başqa, dünya şöhrətli Azərbaycan alimi Lütfi Zadənin ideyalarının əcnəbi ölkə məktəbliləri arasında təbliği məqsədilə də olimpiada təşkil olunub.

Nazir müavini çıxışının sonunda böyük alimin nəinki adı, eyni zamanda onun elmi irsinin ölkəmizin elmi və iqtisadiyyatı üçün əlavə dəyərlər yaradacağına ümidvar olduğunu diqqətə çatdırıb.

Açılış mərasimində iştirak edən digər qonaqlar da öz növbəsində Lütfi Zadənin dünya elminin inkişafına verdiyi töhfələrdən danışıblar.     

Konfransın ilk günü öz işini plenar sessiya və seksiyalarla davam etdirib.

Qeyd edək ki, konfrans 4-5 fevral tarixlərində də işini davam etdirəcək.

3-02-2022, 14:45 158

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041