Anar Kərimov Gəncədə mədəniyyət ocaqlarına baxış keçirib



Mədəniyyət naziri Anar Kərimovun fevralın 3-də Gəncə şəhərinə səfəri barədə xəbər vermişdik. Səfər çərçivəsində nazir Gəncə şəhər Mərkəzi Kitabxanasında olub. Burada Mərkəzi Kitabxana və filiallarının kitab fondu, dərnəklər, kurslar və göstərilən  xidmətlər haqqında məlumat verilib. 

Sumqayit.tv xəbər verir ki, ümumi kitab fondu ilə tanış olan Anar Kərimov fondun zənginləşdirilməsi, xüsusilə latın qrafikalı kitabların alınması barədə tövsiyələrini verib.
Gəncə şəhər Uşaq incəsənət məktəbinə gələn nazir binanın vəziyyəti ilə tanış olub. Məlumat verilib ki, məktəbdə müxtəlif ixtisaslar üzrə 400-dən çox şagird təhsil alır. Sonra mədəniyyət naziri burada xoreoqrafiya dərsinin gedişini izləyib. Xoreoqrafiya sinfi yetirmələrinin uğurları barədə nazirə məlumat verilib. Bildirilib ki, məktəbin yetirmələri Türkiyə, Gürcüstan və Ukraynada festival və müsabiqələrdə iştirak edərək müxtəlif mükafatlara layiq görülüblər.
Anar Kərimov şəhərdəki Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə də maraqlanıb. Məlumat verilib ki, burada ulu öndər Heydər Əliyev zəngin dövlətçilik irsinin qorunması və təbliği həyata keçirilir. Mərkəzdə qorunan ümummilli liderin ölkəmizə rəhbərliyinin hər iki dövrünü əks etdirən materiallar – fotolar, müxtəlif tarixi sənədlər və s. haqqında ziyarətçilərə bilgi verilir. Bundan başqa, mərkəzdə mütəmadi olaraq konfranslar, tədbir və təqdimatlar keçirilir.
Görkəmli ədəbiyyatşünas və yazıçı Mir Cəlal Paşayevin Gəncədəki ev-muzeyinə baxış zamanı nazir burada aparılan təmir işlərinin son mərhələləri ilə tapşırıq və tövsiyələrini verib. Anar Kərimov Mir Cəlal Paşayevin zəngin bədii və elmi irsindən söhbət açıb, onun Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələri vurğulayıb.
Səfər çərçivəsində Anar Kərimov Azərbaycan Yazıçılar Birliyinin Gəncə şəhəri üzrə elmi tədqiqat mərkəzinə də gəlib. Nazir bildirib ki, 44 günlük Vətən müharibəsində Zəfər çalmış ölkəmizi mədəniyyət və ədəbiyyat vasitəsilə daha uğurlu təbliğ etmək lazımdır. Milli dəyərlərimiz gənclər arasında daha çox aşılanmalıdır. Bu mənada yazıçı və şairlərin üzərinə böyük məsuliyyət düşür.

4-02-2022, 10:50 149

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041