“Turizm Destinasiyalarının İdarəedilməsi” kitabı təqdim olunub



Fevralın 4-də Dövlət Turizm Agentliyinin tabeliyində olan Şəki Destinasiya Menecmenti Təşkilatının dəstəyi və təşkilatçılığı ilə hazırlanmış “Turizm Destinasiyalarının İdarəedilməsi” kitabı ictimaiyyətə təqdim olunub.

Azərbaycan Turizm və Menecment Universitetində keçirilən təqdimatda kitabın ərsəyə gətirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərdən danışılıb, 7 müəllif və 3 redaktorun iştirakı ilə hazırlandığı bildirilib.

Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə yeni kitabın dərs vəsaiti olaraq tələbələrin turizm destinasiyaları üzrə əldə edəcəyi nəzəri biliklərə dəstək olacağını deyib.

Sədrin müşaviri hazırda turizm destinasiyalarının inkişafı istiqamətində Agentliyin tabeliyində 4 Destinasiya Menecmenti Təşkilatının fəaliyyət göstərdiyini və gələcəkdə bu növ təşkilatların sayının artırılmasının nəzərdə tutulduğunu qeyd edib.

ATMU-nun tədris işləri üzrə prorektoru Zaur Bağırov çıxışında kitabın turizm sahəsində təhsil alan tələbələr və akademik heyət üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Zaur Bağırov bundan əvvəl turizm destinasiyaları mövzusu üzrə Azərbaycan dilində bilik mənbələrinin, dərs vəsaitlərinin azlığının müəllimlərə, eləcə də tələbələrə mövzunu mənimsəməkdə çətinliklər yaratdığını qeyd edərək xüsusi məlumat əhəmiyyətli kitabı yüksək qiymətləndirdiyini və vəsaitin turizm təhsilinə öz töhfələrini verəcəyini diqqətə çatdırıb.

223 səhifəli kitab destinasiya idarəetməsi mövzusu ilə əlaqəli Azərbaycan dilində ilk dərslik vəsaitidir.

“Destinasiyaların yaranması və inkişafının nəzəri əsasları”, “Turizm destinasiyalarının planlaşdırılması və idarə edilməsi”, “Turizm destinasiyaların cəlbediciliyi və dayanıqlılığı”, “Dəyişən dünya üçün destinasiya marketinqi”, “Milli turizm təşkilatları: Onların turizmin inkişafında yeri və rolu” adlı 5 fəsildən ibarət kitabda fəsillər üzrə ümumilikdə 17 bölmə mövcuddur.

Çap edilmiş dərslik vəsaitləri tələbələrə çatdırılması üçün ölkənin turizm təhsili verən universitetlərinin kitabxanalarına paylanılacaq.

Kitabı elektron versiyada əldə etmək üçün bu keçiddən istifadə etmək mümkündür: https://bit.ly/34vgrPN

4-02-2022, 13:51 218

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041