"Təhsilə ictimai baxış" silsiləsindən ilk müzakirə keçirilib


Fevralın 4-də Təhsil Nazirliyi yanında İctimai Şuranın və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsilə ictimai baxış” adlı silsilə müzakirələr çərçivəsində ilk müzakirə təşkil olunub.
 
Təlim və tərbiyə mövzusuna həsr olunan ilk müzakirədə Təhsil Nazirliyinin əməkdaşları, nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil ekspertləri, məktəb direktorları, valideyn və müəllimlər, digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Müzakirələrdə təlim və tərbiyə prosesinin təşkilində mövcud vəziyyət, problemlər, onların səbəbləri və çıxış yolları, o cümlədən təlim və tərbiyənin vəhdətinin səmərəli təşkili məsələlərinə toxunulub.
 
Giriş nitqi ilə çıxış edən İctimai Şuranın sədri Günel Səfərova silsilə müzakirələrin məqsədindən danışıb. Bildirilib ki, məqsəd bütün maraqlı tərəflərlə səmərəli dialoq qurmaq və mövcud vəziyyəti yaxşılaşdırmaq üçün reallıqları müzakirə etmək, ictimai rəyi öyrənmək və təhsildə inkişafın mümkün istiqamətlərini nəzərdən keçirməkdir.  
 
Təhsil nazirinin müşaviri Elnur Nəsibov bu cür silsilə müzakirələrin təhsil naziri Emin Əmrullayevin təhsilin təkmilləşdirilməsində ictimai rəyin öyrənilməsinin əhəmiyyəti ilə bağlı çağırışına cavab mahiyyəti daşıdığını vurğulayıb və təhsilin bütün cəmiyyətin maraq mövzusunda olduğunu bildirib.
 
Daha sonra Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev “Məktəblərdə keyfiyyət monitorinqi-2021 nəticələrinin təhlilində müəllim-şagird münasibətləri və bullinq” adlı təqdimatla çıxış edib. Şöbə müdiri təqdimatında təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə məktəblərdə təhsilin, tədris və idarəetmə prosesinin keyfiyyətinin ölçülməsi məqsədilə keçirilən monitorinqlərin nəticələrinə toxunub.
 
Müzakirələrdə təhsilin inkişafı ilə əlaqədar bir sıra çağırışlar səsləndirilib və belə müzakirələrin davamlı olmasının əhəmiyyəti qeyd olunub.

4-02-2022, 15:39 171

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041