Həkimlərdən HƏYƏCAN SİQNALI: "Tibbi personal süni qida şirkətləri ilə əlbir olub..."

Həkimlərdən HƏYƏCAN SİQNALI: Doğum evlərində tibbi personal süni qida şirkətləri ilə əlbir olub...

Erkin Rəhimov ölkədə baş pediatr oldunuz. Təbrik edirəm. Ümid edirəm ki, keçmiş baş pediatr Nəsib doktorun yolu ilə getməzsiniz. “Ana südü vacibdi” deyib rəhbərlik etdiyi xəstəxanada süni qida əlindən tərpənmək olmurdu. Siz də mənim qaldırdığım məsələni iki il əvvəl “reytinq xətrinə populist çıxış” adlandırmışdız. Siz bununla doğru olmayanı demişdiz. Mən isə doğru olanı. Özünüz də əla bilirsiniz ki, əksər doğum evlərində pul qarşılığında körpələrin ana südü haqqı satılır.
Sumqayit.tv Publika.az-a istindən xəbər verir ki, bu sözləri tanınmış pediatr Aytən İsmayılzadə deyib.
Ana südünün süni qidalarla əvəzlənməsinə qarşı kəskin çıxışlar edən A.İsmayılzadə yeni təyin olunan baş pediatrdan bu məsələyə həssaslıq nümayiş etdirməsi üçün açıq müraciət ünvanlayıb:
“Ümid edirəm ki, məsələyə şəffaflıqla yanaşacaqsız və bu yolda olan neonatoloq dostlarınızın xətrini əziz tutmayacaqsız. Bir pediatr olaraq bu məsələnin vacibliyini bilirsiniz və baş pediatr olaraq bu qanun pozuntusu tərkibli səhiyyə məsələsinin bizim qədər əziyyət çəkmədən müvafiq müstəvilərdə həllinə nail ola bilərsiniz. Əlbəttə istəsəniz...
Bu arada qeyd edim ki, son vaxtlar klinikanızdan daha çox ana südü təbliği mesajları gəlir. Bunu sizə xoş olsun deyə demirəm. Nə deyirlər, onu da paylaşıram. İki il əvvəl də klinikanızla bağlı olanı demişdim. Hansısa həkimin, ya klinikanın hər hansı süni qida şirkətiylə sövdələşməsini işıqlandırmağa tələsmirəm. Əksinə, belə halların olmaması üçün mübarizə aparıram. Nə xoş olardı ki, doğum evlərindən gələnlər qayda-qanun nəyi tələb edirsə, o cür də münasibət gördüklərini deyərdilər. Müraciətimin sizə tez bir zamanda çatacağına əminəm. Körpələrimiz naminə, uğurlar!”

Xəstəxanaların süni uşaq qidalarının bazarına çevrildiyini deyən həkim bildirib ki, ağır səslənsə də, bu, acı reallıqdır: “Bu dedi mən 10 manat verirəm, o dedi 20 manat, bu dedi mən 30, o biri də dedi ki, həkimlərə maaş kəsirəm... Beləcə satıldı körpələrin ana südü haqqı. Vicdansızlar satdı. Zalımlara satdı... Ən çox pul verənlərə satdı... Hər kəs öz haqqını tələb edə bilir. Bəs körpələr öz süd haqqını necə tələb etsin? Biz vicdanını itirərək özunu kar, kor, lal kimi aparanlara tam sağlam olduqlarını xatırlatmalıyıq”.
Uroloq-androloq, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl da məsələyə münasibət bildirib.
O, qeyd edib ki, Aytən həkim 2 ildir süni qidalar mövzusunu qaldırır: “Nədir bu Aytən xanımın qaldırdığı məsələ? Doğum evlərində tibbi personal süni qida şirkətləri ilə əlbir olub südü olan ananın körpəsini belə süni qidaya öyrəşdirirlər. Süni qidaya öyrəşən körpə bir daha ana südü istəməyəcək. Yəni ana südü ilə qidalana biləcək körpə qəsdən süni qidaya öyrəşdirilir. Bazar genişlənsin deyə. Sonra da deyirik, allergiya, astma, mədə-bağırsaq pozğunluqları, şəkər xəstəliyi niyə artır?! Buna görə artır. Bunda da bir körpənin gələcəyini 20 manata satan həkim dostlarımız iştirak edir. Ar olsun körpə haqqını satan həmkarlarıma! Aytən xanımı qoruyun, zira mütəşəkkil konsorsiumların işinə “mane” olduğu üçün nə pislik desən, edərlər ona”.


3-07-2021, 12:18 352

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041