Dövlət Məşğulluq Agentliyi və
Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi üzrə Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşlardan 200-dən çox müraciət daxil olub. Hazırda layihəyə müraciət edən vətəndaşların seçimi aparılır.
Layihə çərçivəsində qeyd olunan rayonlarda 50 kənd qonaq evinin yaradılması nəzərdə tutulur.