Kimin pensiyası nə qədər artıb? – Konkret rəqəmlər açıqlandı


"Prezident İlham Əliyev "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla pensiya məbləği və eləcə də kapitalının indeksasiyası ilə yanaşı, əmək pensiyaçılarına rüblük yardımların edilməsi nəzərdə tutulub. Yardım COVID-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı qiymət artımlarının ölkədaxili inflyasiyaya və əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərinin yumşaldılmasına xidmət edir”.

Bu fikiləri iqtisadçı deputat Vüqar Bayramov ölkə başçısının "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 8 fevral 2022-ci il tarixli sərəncamını şərh edərkən bildirib.


Deputatın sözlərinə görə, əmək pensiyasının məbləği 2021-ci ildəki orta aylıq məbləğinə, pensiya kapitalı isə illik infilyasiya səviyyəsinə indeksasiya olunacaq.

"Ötən il orta aylıq əmək haqqı 3.4 faiz artıb, rəsmi infilyasiya səviyyəsi isə 6.7 faiz olub. Qeyd edək ki, indeksləşdirməyən artımlar bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq”.

V.Bayramov deyib ki, sənəddə əmək pensiyaçılarına il ərzində yardımın nəzərdə tutulması həmin vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi baxımdan vacib addımdr.

"Həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək. Eyni zamanda, yanvar ayı üçün nəzərdə tutulan indeksasiya artımı da fevral ayının pensiyası ilə birlikdə ödəniləcək.

Son sərəncamda nəzərdə tutulan yardım orta pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində artımlara təsir göstərəcək. Belə ki, 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinə aylıq olaraq orta hesabla 17 manata (200 manat/12) yaxın əlavə deməkdir. Bu 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində 6.6 faiz artım deməkdir (17 manat/250 manat X 100.0%). Indeksasiya faizini də nəzərə aldıqda bu 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinin son sərəncamla 10.0 faiz (6.6 % +3.4 %) artacağı anlamına gəlir.

Nəzərdə tutulan yardım 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində isə 5.6 faiz artım deməkdir (17 manat/300 manat X 100.0%). Indeksasiya faizini də nəzərə aldıqda bu 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinin 9.0 faiz (5.6 % +3.4 %) artmasıdır”.

Deputat bildirib ki, sənədlə Nazirlər Kabinetinə bir ay müddətində maddi yardımın 2023-cü il yanvarın 1-dən etibarən onun şamil edildiyi əmək pensiyaçılarının illik pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini Azərbaycan Prezidentinə təqdim etməsi tapşırılıb. Eyni zamanda, sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir.

"Belə ki, dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və başqalarından ibarətdir. Yeni sərəncam isə bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesablamalarına görə, pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92 %-ni və ya 1,1 milyon nəfəri əhatə edəcək və bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək”.
 
(yenisabah)

8-02-2022, 15:14 194

Digər xəbərlər

Yarım milyon manat mənimsəyən bacısını xilas etmək istədi: Özü dələduzluğun qurbanı oldu

Sumqayıtda məktəbli qıza qarşı əxlaqsızlıq edən gəncin cəzası ağırlaşdırıldı

Sumqayıtda fərdi evdə yanğın baş verib, zərərçəkən var

İlham Rəhimova sanksiya tətbiq edildi

ÇL: “Qarabağ” ərizəsini açıqladı, bu oyunçular çağırılmadı

Sumqayıtla bağlı avtobus problemi qalmaqdadır

Sumqayıtda qadın həkimin evi qarət edildi: 25 min manat oğurlandı

"Sumqayıt" üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı Sumqayıtda da keçiriləcək

Sumqayıtda yolun qanunsuz zəbt olunması ilə bağlı ŞİKAYƏT - FOTO

Bu gün Sumqayıtın, bu mikrorayon və məhəllələri də qazsız qalacaq

Sumqayıtda 750 abonentin qazı müvəqqəti kəsiləcək

Paralimpiya çempionuna FHN-in Sumqayıt Regional Mərkəzində vəzifə verildi

Aumqayıtda yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi kassasiya şikayəti verdi

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

"Sumqayıt" klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək

Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

Prezident ŞƏT tədbirində çıxış etdi

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 963
Bu gün, 13:36
Bu gün, 13:31
Bu gün, 08:37
Dünən, 16:45
Dünən, 16:34
Dünən, 16:00
Dünən, 15:40
Dünən, 15:28
Dünən, 15:23
Dünən, 12:09
Dünən, 10:48
2-09-2025, 16:28
2-09-2025, 14:51
2-09-2025, 11:56
1-09-2025, 15:22
1-09-2025, 15:16
1-09-2025, 15:13
1-09-2025, 15:04
1-09-2025, 10:28
1-09-2025, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
1 2 3 4 5 6 7 8 9 10 ... 963