Bu nə qərarlardı axı qəbul edilir? - TURİZMİN DƏRDİ



Turizmi məhv etməyin yollarını tapmaq istəyən Azərbaycandan öyrənsin…. 

Keçən il ölkəmizdə turizmi inkişaf etdirəcək çox təqdirə layiq və ağıllı qərar qəbul edilmişdi. Ərəb Körfəzi ölkələrində (BƏƏ, Saudiyyə Ərəbistanı Krallığı, Qətər, Küveyt, Oman Sultanlığı, Bəhreyn) yaşayan bütün (milliyyətindən asılı olmayaraq) rezidentlərə Azərbaycana vizanı Bakı havalimanında almaq imkanı verilmişdi.  
Məhz bu qərarın nəticəsində Bakı yenidən  ərəb və qeyri-ərəb qonaqların üzünü görməyə başladı. Noyabr-Dekabr-Yanvar aylarında otellərin üzü gülməyə başladı. Vito/Viano sürücüləri təkrar evlərinə çörək aparmağa başladı. Taksilər, restoranlar, kafelər, mollar v.s obyektlər xarici qonaqların sayəsində pul qazanmağa başladı. 
Amma… dəlinin yadına daş düşdü…. 
1 fevral 2022-ci il tarixindən etibarən Operativ Qərargah ya bilmirəm başqa kimsə bu qərarı dəyişərək turizmə ziyan vurmağın yolunu kəşf etdi. 
Yeni qərara əsasən BƏƏ-dən başqa digər Ərəb Körfəzi ölkələrində yaşayan rezidentlər artıq Azərbaycana gəlib vizanı havalimanında almaları üçün mütləq qaydada həmin ölkənin vətəndaşı ilə bərabər Azərbaycana gəlməlidir.
Bu o deməkdir ki, biz turizmi inkişaf etdirmək istəmirik. Bizə neft bəsdir. Hər şey onsuz da yaxşıdır….
Biz niyə axı Gürcüstan və Türkiyə kimi qonşu ölkələrdən dərs almırıq? 
Türkiyədə liranın ucuzlaşması sayəsində turist axını az qala birə yüz nisbətilə artıb. Otellər qonaq əlindən partlayır. Sezon, qeyri-sezon fərqi yoxdur artıq… Hətta İrəvandan İstanbula birbaşa budcə reysləri açılıb. Qəpik-quruşa uçurlar. 
Bu nə məntiqsizlikdir axı? Təsəvvür edin Ərəb Körfəzində cəmi hesabla deyək 50 milyon insan yaşayırsa, onların az qala 30 milyonu digər millətlərdən olan rezidentlərdir. Yəni indi bu rezidentlər Azərbaycana niyə gəlsin axı? Axı Gürcüstan ümumiyyətlə o rezidentərə heç “visa-on-arrival” tələb etmir. Qalmışdı ki, hələ desin yanında körfəz ərəb vətəndaşıyla gəl… Deyir xoş gəlirsən, viza da yoxdur. Gəl pulunu Gürcüstanda xərclə. 
Hələ vaksinlilərdən bizimkilər mütləq şəkildə PCR testi də tələb edir. Nə Gürcüstan, nə də Türkiyə vanksinlilərdən ölkəyə girişdə PCR testi istəmir.
Bu nə qərarlardı axı qəbul edilir? Kim və hansı ağılla edir bunu? 
Bundan sonra niyə axı gəlmə turizmi ilə məşğul olan yerli şirkətlər Azərbaycana turist gətirilməsiylə məşğul olsun? 
Elədirsə elə Gürcüstan və Türkiyəyə turistlərin cəlb edilməsilə məşğul olub daha çox pul qazanarlar da……
Bu Turizm Nazirliyi, Turizm Agentliyi, Turizm Bürosu, Turizm Assosiyasiyası nə işə baxır??? 
Təsəvvür edin ki, bu yeni qərarı biz bədbəxt turistlərdən eşidirik. Gəlib Bakı havalimanıdna ölkəyə buraxılmadıqlarını bizə deyirlər….
Ay kişi, bir qərar qəbul edəndə ən azı 1 ay qabaqcadan bunu elan etmək lazımdır. Bütün turizm şirkətlərinə yazılı xəbərdarlıq et ki, işlərini bilsinlər. 
Fevral ayına camaat otellər bron edib, sürücüləri işlə təmin etməyi planlaşdırıb. Durub birdən heç bir xəbərdarlıq etmədən sərhəddə qonaqları ölkəyə buraxmamaq əmrini verirsiz… 
Bəs o turistlərin boş-boşuna sərf etdiyi təyarə biletləri, əsəbləri, səyahət planlarının puç olmasını kim kompensasiya edəcək???
Heçmi Azərbaycanın imicini düşünmürsüz? Axı bizi artıq ciddiyə almayacaqlar bundan sonra…
Mən yalnız bir qənaətə gəlirəm. Vəzifələrdə öz işini bilməyənlər oturub. Əks halda belə absurd qərarlar verilməz…

Elşən Rəhimov





9-02-2022, 14:16 323

Digər xəbərlər

Azərbaycanda uşaqpulu verilə bilərmi? – İqtisadçıdan diqqətçəkən açıqlama

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 10:35
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
1 2 3 4 5 6 7 8 9 10 ... 1041