Taxıl sahələrinə karbamid gübrəsinin verilməsi məhsuldarlığın artmasını təmin edir - FERMERLƏRƏ TÖVSİYYƏ


Dünyada baş verən qlobal iqlim dəyişikliyi və iqtisadi böhran digər sahələrlə yanaşı, kənd təsərrüfatına da öz mənfi təsirini göstərir.

“Kənd təsərrüfatının əsas sahələrindən olan taxılçılıqda yüksək məhsulun alınması üçün düzgün aqrotexniki qulluq işləri aparılmalı və düzgün gübrələmə tətbiq olunmalıdır. Məhsuldarlığın artırılması və dənin keyfiyyət göstəricilərinin daha yaxşı olması üçün gübrənin düzgün seçilməsi vacibdir”. Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi yanında Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev verib.
Onun sözlərinə görə, Azərbaycanda taxılçılıqda əsas yemləmə gübrəsi kimi amonium şorasından  (silitradan) daha çox geniş istifadə olunur: “Amonium şorasının  tərkibində 34,7% , karbamid gübrəsində isə 46,2 % təsiredici maddə hesabı ilə azot var. Aparılan tədqiqat işləri və qoyulan təcrübələr göstərir ki, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsiri baxımından karbamid gübrəsi silitradan heç də geri qalmır. Tərkibində azotun yüksək dərəcədə olması karbamidə iqtisadi cəhətdən üstünlük qazandırır. Eyni zamanda, karbamid gübrəsinin üstünlüyü ondan ibarətdir ki,  bu gübrənin satış qiyməti silitra gübrəsinə nisbətən təxminən 2 dəfə ucuzdur bitkiyə fiziki çəki hesabı ilə yemləmə şəklində bir hektara hektara 200 kiloqram verilir. Aprel ayının ikinci yarısında isə kökdən kənar yemləmə formasında hektara 20-30 kiloqram olmaqla 200-250 litr suda həll edilməklə verilir. Fevral ayında verilən 100 kiloqram karbamid gübrəsi ziqzaq mala vasitəsilə (yaşıl mala) torpağa qarışdırılmalıdır”.
Faiq Xudayevin sözlərinə görə, karbamid gübrəsi bitkinin kollanma əmsalını artırır: “Eyni zamanda, bitkinin yaşıl qalma müddətini uzadır ki, nəticədə dənin daha yaxşı dolmasına, sünbülün yaxşı inkişaf etməsinə, keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olur. Fermerlərimizə fevralın ikinci ongünlüyündən başlayaraq hər hektar əkin sahəsinə fiziki çəkidə 100 kiloqram karbamid verib yaşıl mala ilə torpağa qarışdırmağı tövsiyyə edirəm”.

14-02-2022, 12:32 316

Digər xəbərlər

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1059