Bakıda içməli sudan qanunsuz istifadə halları aşkar edilib - FOTO


“Azərsu” ASC Bakının Binəqədi və Nizami rayonlarında içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkar edib.
Qurumdan verilən məlumata görə, Sulutəpə qəsəbəsinin Ruslan Allahverdiyev küçəsində fəaliyyət göstərən iaşə obyektinin içməli sudan qanunsuz istifadə etməsinin qarşısı alınıb.
Obyektin su təchizatı sisteminə baxış keçirilən zaman məlum olub ki, burada fəaliyyət göstərən çörək və şirniyyat sexləri, eləcə də təhsil kursunun yerləşdiyi binanın sahibi yaxınlıqdan keçən su xəttinə qanunsuz qoşulub.
Rayon ərazisində fəaliyyət göstərən bir qarajda da içməli suyun talanmasının qarşısı alınıb. Araşdırmalar zamanı məlum olub ki, burada sudan qanunsuz istifadə edilməsi ilə yanaşı, böyük israfçılıq da var. İstifadədən qayıdan traktor və xüsusi texnikalar burada yuyulub təmizlənir. Obyektin daxilində bir neçə xidmət sahələri də qeyri-qanuni çəkilmiş sudan istifadə edib.
Sulutəpə qəsəbəsində yeni tikilmiş fərdi yaşayış evlərində də sudan qanunsuz istifadə edildiyi aşkarlanıb. Məlum olub ki, vətəndaşlar yaxınlıqdan keçən şəbəkə xətlərinə müxtəlif diametrli borularla qanunsuz qoşulmalar ediblər.
Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.
Nizami rayonunun Nəsimi küçəsi, ev 32 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən obyektdə isə qeyri-qanuni birləşmə ilə şəbəkə suyu “Mono su” adı ilə qablaşdırılaraq satışa çıxarılır. Fakt aşkarlandıqdan sonra obyektin su təchizatı dayandırılıb və qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
“İçməli su şəbəkələrinə qanunsuz qoşulmalar su təchizatı sistemində hidravliki rejimlərin pozulmasına və abonentlərin su təminatının pisləşməsinə, su itkilərin artmasına səbəb olur. Vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq”, - deyə səhmdar cəmiyyəti bəyan edib.
Bu ilin yanvar ayında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 505 fakt aşkarlanıb ki, bunun da 181-i Binəqədi rayonunun payına düşür. Həmin hallar üzrə müvafiq olaraq 124 min kubmetr və 43 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Ötən ay sudan qanunsuz istifadə ilə bağlı 9 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.




















15-02-2022, 17:22 203

Digər xəbərlər

AQTA-dan Sumqayıt məktəbləri ilə bağlı ciddi açıqlama: 21 məktəbdə sanitar pozuntular aşkarlanıb

Azərbaycanda uşaqpulu verilə bilərmi? – İqtisadçıdan diqqətçəkən açıqlama

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 11:25
Bu gün, 10:35
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
1 2 3 4 5 6 7 8 9 10 ... 1041