Qrossmeyster Şəhriyar Məmmədyarov FIDE Qran-prisinin II mərhələsinə qatılır.
Bu haqda Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Yarış Serbiyanın paytaxtı Belqradda fevralın 28-də start götürəcək. Püşkatma nəticələrinə əsasən, sumqayıtlı şahmatçı D qrupunun 1-ci pilləsində yer alıb. Onun rəqibləri isə, fransalı Maksim Vaşye-Laqrav , çinli Yu Yanqyi və rusiyalı Aleksandr Predke olacaqlar.
Əsasnaməyə görə, yalnız qrup qalibləri yarımfinala yüksələcək. Finala vəsiqə qazananlara isə, İddiaçılar Turnirində iştirak hüququ veriləcək.
Qeyd edək ki, Qran-prininin II mərhələsi 14 mart tarixində yekunlaşacaq. Turnirin ümumi mükafat fondu 150.000 avrodur.