Xalq artisti Elnarə Kərimovanın konsert proqramı təqdim olundu


Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə ötən ildən gerçəkləşdirilən və böyük maraqla qarşılanan “Mədəni yenilənmə” layihəsi bu il də davam etdirilir.

Yeni ildə layihənin yeni qonağı TRT-nin (Türkiyə Radio və Televiziya Qurumu) Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru, Azərbaycanın Xalq artisti Elnarə Kərimovadır. O, 1992-ci ildən qardaş Türkiyədə yaradıcı fəaliyyətlə məşğuldur. TRT Çoxsəsli xoruna rəhbərlik etməklə yanaşı, “Orfeon” kamera xoru ilə işləyib, TÜRKSOY-un nəzdində yaradılan xor kollektivinin rəhbəri olub, bu kollektivlərlə müxtəlif ölkələrdə qastrollarda, festivallarda çıxış edib.
Fevralın 15-də layihə çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Elnarə Kərimovanın səhnə fəaliyyətinin 30 illik yubileyi münasibətilə konsert proqramı təqdim edildi.
Gecədə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdi.
Konsertdə dirijorun rəhbərliyi ilə TRT Ankara Radiosu xorunun ifasında bəstəkarların xor əsərləri səsləndirildi. İlk olaraq Asəf Zeynallının “Ölkəm” romansı ifa edildi. Sonra C.Rossinin “Sevilya bərbəri” operasından uvertüra səsləndirildi.
Xorun üzvləri, solistlər Özlem Üngör və Çinar Onur Öner “Gəmilər Giresuna” və “Mən gedərəm Batuma, hey!” mahnılarını böyük coşqu ilə ifa etdilər. Daha sonra Aşıq Veysəlin “Qara torpaq” (solistlər Cem Buğdaycı, Mələk Önbaş), Qazax mahnısı “Dağ içində”, Azərbaycan xalq mahnıları “Dağlarda çiçək”, “Nə baxırsan” (nağara Murad Nağızadə, xanəndə Elsevər Muradov), həmçinin “Bir budaqda iki alma”, “Suda balıq oynayır” və “Niksarın fidanları” türk mahnıları gecənin musiqi palitrasına əlavə rəng qatdı.
Proqramın musiqili qonaqları TÜRKSOY Gənclik xoru, “Buta” kamera xoru və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbəri və baş dirijor – Xalq artisti Gülbacı İmanova) TRT Ankara Radiosu xoru ilə birlikdə gecənin iştirakçılarına unudulmaz anlar yaşatdılar.
Konsert proqramına dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Zəfər marşı”nın (sözləri Barış Cavid Mövsümlü, solist, xorun üzvü Çinar Onur Öner, piano Elxan Niftiyev) ifası ilə yekun vuruldu. Möhtəşəm gecənin sonunda musiqisevərlərin gur alqışlarının müşayiəti ilə “Zəfər marşı” bir daha ifa olundu. Yeri gəlmişkən qeyd edək ki, bu əsər orijinalda “Dəniz neftçilərinin mahnısı” adlanırdı. Elnarə Kərimovanın təşəbbüsü və Qara Qarayevin oğlu Fərəc Qarayevin razılığı ilə əsərin rus dilində olan sözləri Azərbaycan dilinə tərcümə edilib və xalqımızın Qarabağ Zəfərimizə həsr olunub.
Xatırladaq ki, 2021-ci ilin oktyabrından həyata keçirilən “Mədəni yenilənmə” layihəsinin məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan cəmiyyətini tanış etmək, onlarla davamlı təmaslar yaratmaqdır.


16-02-2022, 14:25 191

Digər xəbərlər

AQTA-dan Sumqayıt məktəbləri ilə bağlı ciddi açıqlama: 21 məktəbdə sanitar pozuntular aşkarlanıb

Azərbaycanda uşaqpulu verilə bilərmi? – İqtisadçıdan diqqətçəkən açıqlama

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 11:25
Bu gün, 10:35
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
1 2 3 4 5 6 7 8 9 10 ... 1041