848 saylı hərbi hissənin yaradılmasının 30 ili tamam olur - FOTOLAR



Bu gün 848 saylı hərbi hissənin yarandığı gündür. 1992-ci il fevral ayının 21-də yaradılan hərbi hissə bu gün 30 illik yubileyini qeyd edir. Bu hərbi hissə Azərbaycan torpaqlarının müdafiəsinə qalxan ilk hərbi hissələrdən biridir.  Hərbi hissənin yaradıcısı, ilk və son komandiri Zahir Həsənov olub. Hərbi hissənin ərazisi Füzuli-Cəbrayıl sərhədindən Füzulinin Cuvarlı kəndinə qədər olan 23 km-lik yaşayış məntəqələrinin və kəndlərimizin təhlükəsizliyini öz üzərinə götürüb. Hərbi hissənin məşhur Məlikcan əməliyyatı, Mirzə Abayevin rəhbərlik etdiyi "osetin batalyonu"nun məhv edilməsi kimi uğurlu əməliyyatları olub. 1993-cü ildə  mühasirəyə düşən əhalinin İrana sağ-salamat keçirilməsi də hərbi hissənin adına yazılıb.1993-cü ilin noyabrında 848 saylı hərbi hissə 702 saylı hərbi hissənin tərkibinə verilib ki, Zahir Həsənov burada 848 saylı hərbi hissənin əsasında  2-ci taborun yaradılmasını təşkil edib. 05.01.1994-cü ildə isə məşhur Horadiz əməliyyatını icra edərək Füzuli rayonunun 22 kəndini və Horadiz qəsəbəsini, ümumi olaraq 30.000 kv.km ərazini işğaldan azad edib. Bu əməliyyata görə Zahir Həsənov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Azərbaycan Bayrağə Ordenli Zahir Həsənov həm 1-ci, həm  də Vətən müharibəsinin iştirakçısıdır.  62 yaşlı Həsənov müharibədə göstərdiyi igidliyə görə "Füzulinin azad olunması", "Xocavəndin azad olunması" və "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. 
Hərbi hissənin yaranması münasibəti ilə başda komandir Zahir Həsənov olmaqla şəxsi heyəti təbrik edirik. Şəhidlərə Allahdan rəhmət diləyirik! Allah şəhadətlərini versin !







21-02-2022, 11:10 1 141

Digər xəbərlər

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1059