Payızlıq taxıl əkinləri ilə bağlı regionlarda maarifləndirici tədbirlərə başlanılıb


Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin təşkilatçılığı ilə payızlıq taxıl əkinlərində aqrotexniki tədbirlərin, o cümlədən sahələrə yemləmə gübrəsinin verilməsi və alaq otlarına qarşı mübarizənin aparılmasına dair yerlərdə maarifləndirici tədbirlərə başlanılıb.

Azərbaycan Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyası ilə birgə Kürdəmir və Ağsu rayonlarında Nazirliyin və Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə təlimlər keçirilib. Təlimlərdə  Nazirliyinin Bitkiçiliyin  təşkili və monitorinqi şöbəsinin sektor müdirləri Faiq Bayramov və İzzət Talıbov, eləcə də Kürdəmir və Ağsu Dövlət Aqrar İnkişaf mərkəzlərinin mütəxəssisləri, taxılçılıqla məşğul olan 40-dan çox fermer iştirak ediblər.
Təlimlərdə mütəxəssislər tərəfindən iştirakçılara yaz tarla işlərinin başlanması ilə əlaqədar payızlıq taxıl əkinlərində görüləcək işlər, gübrələrdən düzgün istifadə edilməsi, onların verilmə vaxtları və normaları, yemləmə üçün istifadə olunan ammonium nitrat və karbamid gübrələri, eləcə də alaq otları, xəstəlik və zərərvericilərə (gəmiricilərə, həşəratlara və s.) qarşı mübarizənin təşkil edilməsi qaydaları izah edilib və müvafiq tövsiyələr verilib.
Bildirilib ki, gübrələrdən vaxtında və düzgün istifadə bitkini ehtiyac duyduğu dövrdə qida maddələri ilə təmin edir, onun inkişafını və məhsuldarlığını artırır. Həmçinin, təlimlərdə karbamid gübrəsinin digər azotlu gübrələrdən üstün cəhətləri izah edilib, onun tərkibində təsiredici maddənin çox olması, kökdən və kökdənkənar yemləmə kimi verilə bilməsi, eləcə də iqtisadi cəhətdən səmərəli olması barədə geniş məlumat verilib.
Təlimlərdə fermerlərin sualları cavablandırılıb və onları maraqlandıran digər məsələlər izah edilib. Tədbirlərin davamı olaraq taxıl əkini sahələrinə baxış keçirilib və mövcud vəziyyət, çətinliklər və onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Bu sahə üzrə təlimlərin respublikanın digər rayonlarında da davam etdirilməsi nəzərdə tutulub.
Payızlıq taxıl əkinlərində yemləmə gübrəsinin verilməsi ilə bağlı regionlarda  maarifləndirici tədbirlərə başlanılıb

21-02-2022, 14:01 147

Digər xəbərlər

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1059