Udmurtiya ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

 
Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, İxrac və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Rusiya Federasiyasının Udmurtiya Respublikasının İnkişaf Korporasiyasının birgə təşkilatçılığı ilə biznes forum keçirilib.


Tədbirdə Azərbaycan və Udmurtiyanın rəsmi şəxsləri ilə yanaşı, qida sənayesi, mebel, dəmir yolu avadanlıqları istehsalı və digər sahələr üzrə ixtisaslaşmış 50-dək şirkətin, həmçinin ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Biznes forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Rusiya dövlət başçılarının səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin digər istiqamətlərdə olduğu kimi, iqtisadi sahədə də yüksək səviyyədə olduğunu, Rusiyanın regionları ilə işgüzar münasibətlərin inkişaf etdiyini diqqətə çatdırıb, ölkəmizdə iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı tədbirləri barədə məlumat verib, işğaldan azad  edilmiş ərazilərdə aparılan quruculuq işlərinə Rusiya şirkətlərinin böyük maraq göstərdiyini vurğulayıb.
Udmurtiya Respublikası Hökumətinin sədr müavini Mixail Xomiç Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verildiyini diqqətə çatdırıb, tərəfdaşlığın gücləndirməsində iş adamları arasında əlaqələrin əhəmiyyətindən bəhs edib.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, KOBİA-nın iş adamları arasında əlaqələrin qurulmasına və birgə təşəbbüslərin reallaşdırılmasına dəstəyi barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Biznes forumda Udmurtiya şirkətlərinin fəaliyyətinə dair təqdimatlar dinlənilib, iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Tədbir çərçivəsində AZPROMO və Udmurtiyanın İnkişaf Korporasiyası, həmçinin “Udmurtiya “Dostluq” Azərbaycan İctimai Mərkəzi” Regional İctimai Təşkilatı və Azərbaycanın Rus İcması arasında əməkdaşlığa dair razılaşmalar imzalanıb.

21-02-2022, 17:42 195

Digər xəbərlər

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1059