“Bakı Kristal Zalı” kompleksində yanğın-taktiki təlim keçirilib (video, foto)


21 fevral 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyininn Dövlət Yanğından Mühafizə Xidməti paytaxtın Səbail rayonu ərazisində yerləşən “Bakı Kristal Zalı” kompleksində yanğın-taktiki təlim keçirib.

Təlimin keçirilməsində məqsəd baş verə biləcək yanğın zamanı obyektin müvafiq heyətinin zəruri davranış qaydaları barədə bilik və bacarıqlarının artırılması, yanğınsöndürmə qüvvələrinin operativ qaydada əməliyyat şəraitinin qiymətləndirilməsi və yanğının dərəcəsi barədə müvafiq qərarın qəbul olunması, yanğınla effektli mübarizə məqsədilə həlledici döyüş istiqamətinin müəyyənləşdirilməsi, yüksək saylı çağırışla cəlb olunan texnikaların qarşılanması və yönləndirilməsi, rabitə və arxa sahənin təşkil olunması, yanğınla mübarizə tədbirləri zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilməsi və döyüş hərəkətlərinin aparılması qaydaları üzrə vərdişlərinin təkmilləşdirilməsi olub.
Şərti yüksək saylı çağırışla təlimə cəlb olunan Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi və 1 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə hissələrinin qüvvə və vasitələri tərəfindən şərti olaraq köməksiz vəziyyətdə qalmış insanlar xüsusi vasitələrdən istifadə edilməklə “xilas olunub”, baş vermiş “yanğın” qısa müddətdə “tam söndürülüb”.
Uğurla keçirilmiş təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.
Təlimdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə qərargahının rəisi daxili xidmət polkovniki Xudat Nəbiyevin iştirakı ilə əməkdaşların yanğının söndürülməsi zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.




\



22-02-2022, 13:28 206

Digər xəbərlər

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1059