“Ölkədə quşçuluğun mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib



Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və “Quşçular Cəmiyyəti” İctimai Birliyi arasında görüş keçirilib. Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin təşkilatçılığı ilə baş tutan görüşdə “Ölkədə quşçuluğun mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusu müzakirə edilib.  

Aqrar Tədqiqatlar Mərkəzində keçirilən görüşdə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak edib. Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov ölkədə kənd təsərrüfatının inkişafına dövlət dəstəyi, aqrar sahənin inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Respublikamızda quşçuluq sahəsinin inkişafının dövlətin diqqət mərkəzində olduğunu deyən şöbə müdiri bu sahədə fəaliyyət göstərən sahibkar və fermerlərlə mütəmadi görüşlərin keçirildiyini vurğulayıb. Araz İsmayılov “Ölkədə quşçuluğun mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda təqdimatla çıxış edib.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov quşçuluğun daha da inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Şöbə müdiri quşçuluq şirkətlərinin idxal olunan yem və yem əlavələrinin ƏDV-dən azad olunması ilə bağlı təkliflərinin ümumiləşdirilərək Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirlikləri tərəfindən hökumətə təqdim edildiyini vurğulayıb.
Daha sonra tədbir iştirakçıları quşçuluğun inkişafına dair fikirlərini bölüşüblər. Tədbirdə ölkədə quşçuluğun inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, assosiasiya üzvləri tərəfindən səsləndirilən təkliflər qeydiyyata alınıb, bu cür müzakirələrin mütəmadi keçirilməsi qərara alınıb.
Toplantının sonunda “Quşçular Cəmiyyəti” İctimai Birliyinin adının dəyişdirilərək “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi adlandırılması barədə qərar qəbul olunub. Müzakirələrdən sonra qurumun nizamnaməsinə dəyişikliklər təsdiq edilib. Səsvermə nəticəsində Mürvət Həsənli Assosiasiyanın sədri seçilib, assosiasiyanın 15 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb, birliyə yeni üzvlər seçilib.
Qeyd edək ki, İctimai Birliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı sənədlər Ədliyyə Nazirliyinə təqdim ediləcək.
 
“Ölkədə quşçuluğun mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib “Ölkədə quşçuluğun mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib “Ölkədə quşçuluğun mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib “Ölkədə quşçuluğun mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib “Ölkədə quşçuluğun mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib “Ölkədə quşçuluğun mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib “Ölkədə quşçuluğun mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib “Ölkədə quşçuluğun mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib



22-02-2022, 16:08 227

Digər xəbərlər

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1059