Təhsil Nazirliyi müəllimlər üçün proqramlaşdırma üzrə təlimlərə başlayıb


Fevralın 21-dən Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Təhsil Texnologiyalar Mərkəzində “Alqoritmika” Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma Məktəbi ilə birgə “Gələcək üçün kod” adlı təlimlərə start verilib.

Bununla əlaqədar Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli, ADPU-nun rektoru Cəfər Cəfərov, "Rəqəmsal bacarıqlar" layihəsinin rəhbəri Nilufər Rəhimova və universitetin digər nümayəndələrinin iştirakı ilə görüş keçirilib.     

Bildirilib ki, təlimlərin əsas məqsədi ADPU tələbələri arasında məktəblərdə informatika fənninin tədrisi üçün ixtisaslı kadrların hazırlanması, onlarda proqramlaşdırma, kodlaşdırma, o cümlədən bu kimi digər bilik və bacarıqların aşılanmasıdır. 

Təlimlərə informatika, riyaziyyat və informatika ixtisasları üzrə IV-V kurs tələbələri, o cümlədən SABAH qruplarının tələbələri cəlb olunub. 

Layihə çərçivəsində 300 tələbə arasından 166 nəfəri təlimdən keçmək üçün seçilib. Tələbələr may ayının sonunadək həftədə 3 dəfə olmaqla proqramlaşdırma bacarıqları üzrə, həftədə 2 dəfə olmaqla məktəb dərslərində əyani təcrübə keçəcəklər. Tələbələrə “Alqoritmika” beynəlxalq məktəbinin təlimçiləri tərəfindən təlimin keçirilməsi də nəzərdə tutulub. Təlimlərin mövzusu və proseslə bağlı tələbələr üçün 2 onlayn sessiya və sorğu təşkil edilib. 

Eyni zamanda təlimlərin təşkili  üçün “Alqoritmika” beynəlxalq məktəbi universitetin müvafiq kafedraları ilə birgə razılaşdırılmış təlim modulları hazırlanıb. 

Layihə çərçivəsində ADPU və Təhsil Texnologiyalar Mərkəzində informatika kabinetləri yaradılaraq ən müasir kompüter və digər zəruri texniki avadanlıqlarla təchiz edilib. Bu isə öz növbəsində təhsilalanların ehtiyacları üçün münasib olan sürətli və  təhlükəsiz internetə çıxışın təmin olunmasıdır.

Qeyd edək  ki, ADPU  müxtəlif pillələr üzrə təhsil müəssisələrini vahid şəbəkədə birləşdirən təhsil sahəsində ölkənin ən böyük daxili şəbəkəsi olan   Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub. 

22-02-2022, 16:24 269

Digər xəbərlər

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1059