Kənd yerlərində sahibkarlığın inkişafına dair layihələr uğurla başa çatıb


 
İqtisadiyyat Nazirliyinin və Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) benefisiarları olduğu, Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş “Daha əlverişli KOB mühitinin yaradılması və rəqabət qabiliyyətinin artırılmasında Azərbaycan Hökumətinə dəstək” və “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihələri başa çatıb.

Fevralın 22-də İqtisadiyyat Nazirliyinin və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı, KOBİA-nın dəstəyi ilə sözügedən layihələrin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə müvafiq dövlət qurumlarının, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları və sahibkarlar iştirak ediblər.
Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığa, Agentliyin KOB-lara göstərdiyi xidmətlərə, müvafiq layihələrin ölkəmizdə KOB sektorunun inkişafına dəstəyi barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, sözügedən layihələr iqtisadi siyasətinin prioritet istiqamətlərini əhatə etməklə bu sahədə fəaliyyətin dəstəklənməsinə yönəlib. Layihələr çərçivəsində əldə olunmuş nəticələr KOBİA-nın və digər benefisiar qurumların fəaliyyətinə müsbət təsir göstərəcəkdir.
Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko ölkəmizlə qurum arasında müxtəlif sahələrdə, o cümlədən sahibkarlıq, biznes mühitinin yaxşılaşdırılmasına dəstək istiqamətlərində həyata keçirilən layihələr barədə danışıb, bu sahədə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib. Bildirilib ki, hazırda KOB-larla bağlı əmədaşlıq rəqəmsallaşma, “yaşıl iqtisadiyyat” sahələrini əhatə edir və bu istiqamətdə Avropa İttifaqı öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.
Layihələrin icraçı konsorsiumları adından çıxış edən “Ekvita” şirkətinin rəhbəri İlqar Mehti və “European Profiles” şirkətinin prezidenti Dimitrios Bakolas, layihələrə dair təqdimatlarla çıxış edən Con Toner və Alberto Qomez layihələr çərçivəsində görülmüş işlər barədə məlumat veriblər.
Layihələrin tərəfdaşlarından olmuş Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, layihə çərçivəsində keçirilmiş “İdeyadan uğurlu biznesə” startap müsabiqəsinin qalibi və və UNEC-in nümayəndəsi layihələrin yerlərdə qadın sahibkarlığının inkişafına, regionlarda gənclərin startap layihələrinin dəstəklənməsinə və sahibkarlıq fəaliyyətinə maraq göstərən gənclərin biznes biliklərinin artırılmasına verdiyi töhfə barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, sözügedən layihələrin məqsədi kənd yerlərində sahibkarlığın və KOB-ların inkişafına, onların rəqabətqabiliyyətinin artırılmasına dəstək olmaqdır. Layihələr çərçivəsində benefisiar təşkilatların əməkdaşlarının potensialının və bacarıqlarının gücləndirilməsi məqsədilə ümumilikdə 400 nəfərdən çox əməkdaş üçün müxtəlif təlim, seminar və dəyirmi masalar təşkil olunub, Türkiyə, İspaniya, Rumıniya və Yunanıstana təcrübə səfərləri təşkil edilib. Sahibkarlığın və KOB-ların inkişafını dəstəkləyən müxtəlif sənədlər, tövsiyələr və tədris materialları hazırlanıb, regionlarda fəaliyyət göstərən startapların iştirakı ilə “İdeyadan uğurlu biznesə” startap müsabiqəsi keçirilib, KOBİA-nın KOB inkişafı mərkəzlərinin səmərəliliyinin ölçülməsi üçün monitorinq və qiymətləndirmə sistemi yaradılıb və digər tədbirlər həyata keçirilib. 

23-02-2022, 10:13 161

Digər xəbərlər

Ölən 10 yaşlı uşağı mal peyini ilə diriltmək istədilər - DƏHŞƏT

44 rəsmdə 44 qəhrəmanlıq hekayəsi – Sumqayıtda “Zəfərin rəngi” sərgisi keçirilib FOTO

Prezident İlham Əliyev Cəbrayılda “Şəms” və “Üfüq” Günəş Elektrik Stansiyalarının təməlini qoydu

umqayıtda oktyabr ayı üzrə bütün sosial ödənişlər tam şəkildə həyata keçirilib

Sumqayıtda Birinci Qarabağ müharibəsinin itkin şəhidi Lətif Şahhüseynov dəfn edilib - FOTO

Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət -FOTO-VİDEO

Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” - QALMAQAL

Sumqayıtın deputatı: Vətən müharibəsində qazanılan Zəfər hər birimizin həyatında xüsusi yer tutur

Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru

"Sumqayıt"ın Yankoviçi "Qarabağ"dakı adaşından DANIŞDI

Sumqayıtda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

Bakı-Sumqayıt yolunda sıxlıq – səhər saatlarında tıxac yaranıb

Sumqayıtda 21 yaşlı qız binadan yıxılaraq dünyasını dəyişib - Fotosu

“Bəzi peşələr yoxa çıxacaq” - “ChatGPT”nin yaradıcısı

Kamerun dünyanın ən yaşlı prezidentini seçdi

Sinaqoqa qarşı terror aktı həyata keçirməyə cəhddə təqsirləndirilən şəxsə hök

Sumqayıt və Sarayda Birinci Qarabağ Müharibəsinin itkin düşmüş şəhidinin dəfn mərasimi keçiriləcək

Azərbaycan Kuboku: “Sumqayıt” komandası Zaqatalada qüvvəsini sınayacaq

"Sumqayıt" daha bir basketbolçunun keçidini reallaşdırıb - VİDEO

Sumqayıtın böyük bir ərazisində su kəsintisi olacaq – RƏSMİ

1 2 3 4 5 6 7 8 9 10 ... 976
Bu gün, 19:52
Bu gün, 18:11
Bu gün, 17:35
Bu gün, 17:25
Bu gün, 14:59
Bu gün, 14:56
Bu gün, 12:12
Bu gün, 11:41
Bu gün, 11:25
Bu gün, 11:20
Bu gün, 11:00
Bu gün, 09:39
Dünən, 23:06
Dünən, 22:14
Dünən, 19:59
Dünən, 19:53
Dünən, 18:43
Dünən, 18:34
Dünən, 18:07
Dünən, 17:21
Dünən, 14:17
Dünən, 14:00
Dünən, 12:25
Dünən, 12:11
Dünən, 12:09
Dünən, 12:04
Dünən, 11:52
Dünən, 11:38
Dünən, 11:30
26-10-2025, 22:02
26-10-2025, 21:44
26-10-2025, 20:30
26-10-2025, 16:29
26-10-2025, 16:22
26-10-2025, 16:17
26-10-2025, 16:15
26-10-2025, 15:58
26-10-2025, 15:47
26-10-2025, 15:45
26-10-2025, 15:40
1 2 3 4 5 6 7 8 9 10 ... 976