Metroda şərti yanğın


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin N.Nərimanov adına elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında yanğın-taktiki təlim keçirilib.

Təlimin mövzusu həmin stansiyada baş vermiş şərti yanğının “söndürülməsi” olub.
Əvvəlcə, elektrik deposunun ərazisində yerləşən vaqon parkında 28-ci qanovada dayanan 17 saylı qatarın 2-ci vaqonunda baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb və FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri  şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək qısa müddətdə “yanğını söndürüblər”.
Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.








23-02-2022, 12:29 218
Bu gün, 20:21
Bu gün, 16:36
Bu gün, 15:48
Bu gün, 15:20
Bu gün, 14:34
Bu gün, 13:44
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
1 2 3 4 5 6 7 8 9 10 ... 1086