Turizm əməkdaşları Şuşaya səfər edib


Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının Qarabağ vebinar iştirakçıları və ATBA-ya üzv olan müharibə iştirakçıları 30 illik həsrətdən sonra Şuşaya səfər etdilər.

Məşhur xanəndə Bülbülün, Şuşinskinin doğulduğu, sonuncu Qarabağ xanının qızı məşhur şairə Nətavanın yaşadığı, Aleksandr Dümanın gəldiyi, şəhərin simvolu olan Xarıbülbül çiçəyi və haqqında çox yazılan bu əfsanəvi Şuşa şəhərini görmək çox heyrətamiz oldu.
Fəaliyyət göstərən obyektlər şair Molla Pənah Vaqifin məqbərəsi, xanəndə Bülbülün evi, İcraiyyə Komitəsinin binası, meşədəki Alban kilsəsi, Qeqar məscidi ziyarət olundu.
Şuşada yaşayan bələdçi Xuraman xanım ATBA-nın bələdçilərinə tur keçdi. O, işğaldan əvvəl olan şəhərin tarixi, bu gün görülən işlər, şəhərin bərpası və görməli yerlər haqqında ətraflı məlumat verdi. Tur "Qoç ət" restoranında nahar etməklə başa çatdı. 
Biz uzun müddətdir ki, bu səfər üzərində işləyirik ki, bələdçilərimiz işğaldan azad edilmiş Şuşa şəhərini ziyarət edib öz gözləri ilə baxa bilsinlər, bu səfərin təşkil edilməsində dəstək olan Dövlət Turizm Agentliyi-nə, Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi cənab Aydın Kərimova, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi-nin rəhbərliyinə, Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşlarına və təhlükəsiz hərəkətimizi təmin edən AAY əməkdaşlarına ATBA adından dərin təşəkkürümüzü bildiririk.








+11












9-03-2022, 15:04 216

Digər xəbərlər

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1059