Ukrayna-Rusiya müharibəsinin qalibini açıqlayıram!


Qan Turalının  yazısı...
Zelenski NATO-dan de-fakto imtina edərək Luqansk və Donetsklə bağlı müzakirəyə hazır olduğunu bildirdi. O bu sözləri ilə Putinə Rusiya və dünya ictimaiyyəti qarşısında müharibəni dayandırmaq bəhanəsi verir. Putinin hansı addımı atacağını proqnozlaşdırmaq isə mümkünsüzdür.
Ancaq gün kimi aydın olan bir cəhət var, o da uzunmüddətli müharibə ağır itkilər hesabına başa gələcəyidir. Əcnəbi könüllülər, gedişatda ortaya çıxacaq nəzarətsiz silahlı qruplar Ukraynanı bataqlığa sürükləyəcək. (ABŞ-ın Suriya savaşına Bəşir Əsədi devirmək üçün daxil olduğu ancaq proseslərin inkişafı ilə Bəşir Əsədlə ittifaq yaradaraq İŞİD-ə qarşı vuruşduğunu xatırlayaq… ) Ukrayna infrastrukturu, sənayesi, iqtisadiyyatı tamamilə dağıdılacaq.  Ölkə minlərlə vətəndaşını itirəcək, qaçqınların sayı milyonlarla ölçüləcək. Bu yaraların sağalması üçün on illər lazım olacaq. Zelenski heç şübhəsiz ki, bütün bunları hesablayır və adekvat addımlar atır.
Üfüqdə isə nə Rusiya ordusunun qələbəsi görünür, nə də Ukraynanın zəfəri. Ukraynadan başlayaq.
Ukrayna ordusu raketdən mühafizə sistemləri, müasir təyyarələr, modern tank və artilleriya  ilə təchiz edilməyib. Ukraynanın bütün təyyarə və vertolyotları Rusiya istehsalıdır.  Donanmanın vəziyyəti isə daha acınacaqlıdır, ABŞ iki ay qabaq 20-dən artıq hərbi gəmisini ehtiyata ayırdığı halda birini belə Ukraynaya vermədi. Halbuki əvvəl ABŞ bu gəmiləri müttəfiqlərinə verirdi. Buna görə də bu gün Ukraynanın Qara dənizdə faktiki olaraq heç bir gücü yoxdur.
 Hərbi yardımlar isə şişirdilir. Belə ki, Ukraynaya göndərilən tank və təyyarə  əleyhinə raketlər, pulemyotlar, avtomatlarla nə effektiv müdafiə, nə də uğurlu hücum əməliyyatları aparmaq mümkünsüzdür. Bu silahlar Rusiya ordusuna güclü itkilər verməkdən başqa heç bir işə yaramır. Ukrayna ordusu Taliban və İŞİD kimi silahlanıb. (Söhbət amaldan yox, arsenaldan gedir)
Rusiya ordusu qədər əhalisi  olan  Ermənistanla müharibədə Azərbaycanın nəzarətində F-16 təyyarələri, “Dəmir qübbə” raketdən mühafizə sistemi, “LORA” raketləri, HAROP dronları vardı. Ukrayna isə Rusiya ilə müharibədə bütün bu silahlardan məhrumdur.
Qərbin təhriki ilə Putinin müharibəyə başlaması fikri qeyri-ciddi görünür. Təhrikin varlığını inkar etmək əbəs iş olardı, ancaq dövlətlər təhriklə yox “realpolitik”lə, reallığa əsaslanan siyasətlə idarə olunur. Ya da olunmalıdır. Ukraynanın Qərbə meyillənməsində müəyyənedici faktor Rusiyanın təzyiqləridir, nəinki Qərbin təşviqləri. Qərbin xüsusən də ABŞ-ın prosesdən uduşlu çıxacağını bilmək üçün isə münəccimliyə ehtiyac yoxdur. Müharibənin başlanması ilə qalib müəyyən edildi: ABŞ. Cəmi bir epizod: Embarqolar Rusiyanın istehsalı 10 faiz azalacaq. ABŞ-ın itkisi isə 0,04 faiz olacaq.
Rusiyanın döyüş meydanında vəziyyəti parlaq deyil. Müharibənin arxasında Rusiya xalqının dəstəyi yoxdur. Rusiya Ukraynada özünə “məzlum rusiyalı etniklərin xilaskarı” rolunu versə də oyunu son dərəcə sönük və inamsızdır. O,  təkcə “hard power”-də yox, eləcə də “soft power”-də yəni həm hərbi əməliyyatlarda, həm də humanitar diplomatiyada dalana dirənib.
Tarix boyunca rusiyalı rəhbərlər insan itkisindən çəkinməyərək aqressiv siyasət yeridiblər. İndiki situasiyada sülh istisna olmaqla Rusiya  heç bir halda məğlubiyyətlə barışmayacaq. Ancaq işğal edilmiş torpaqlarda Rusiyanın bərqərar olması, ya da oyuncaq hökumət yaratması illuziyaya bənzəyir. Və bu proqnoz Ukraynanın etnik rusiyalılar yaşayan bölgələri üçün də keçərlidir.
Rusiyanın vəziyyəti  bir tərəfdən də I Dünya müharibəsi günlərini xatırladır. O zamanlar  Çar Rusiyası da Ukraynada və Qafqazda  vuruşurdu, ölkədə hiperinflyasiya vardı, ordu təchizatı yetərsiz idi.  Hətta II Nikolay  ordunun baş qərargah rəisini uzaqlaşdırıb döyüşü özü idarə etməyə başlamışdı. Hökumət daxilində çara qarşı güclü müxalifət vardı. Hər şey o dövrdəki kimidir, bircə Rasputin çatmır. Bir də Ulyanov yoldaş…
On dörd gündə Rusiyanın nə qədər təhlükəli oyunçu olduğu hər kəsə məlum oldu. Amma daha dəhşətli həqiqət beynəlxalq qurumların, dünya ictimaiyyətinin sülhyaratma mexanizmlərinin sınıq-salxaq olmasının aşkarlanmasıdır. (Misal üçün, BMT Liviya, İraq, Suriyaya xüsusi nümayəndə göndərdiyi halda Ukrayna üçün bunu belə etmədi)
Ancaq Ukraynanın sülhə ehtiyacı var. Elə Rusiyanın da. ABŞ-ın isə müharibəyə… Ən böyük həqiqət budur…

9-03-2022, 16:20 139

Digər xəbərlər

“Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib-FOTO

İlham Əliyev Sumqayıtın inkişafında xidmətə görə bir qrup şəxsi təltif etdi

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 17:05
Dünən, 16:33
22-11-2024, 18:05
22-11-2024, 17:37
22-11-2024, 12:39
22-11-2024, 12:32
22-11-2024, 11:50
22-11-2024, 11:41
22-11-2024, 11:34
22-11-2024, 11:31
22-11-2024, 10:24
22-11-2024, 10:10
22-11-2024, 10:00
22-11-2024, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
1 2 3 4 5 6 7 8 9 10 ... 903