Mərkəzi Nəbatat Bağının binası qəzalı vəziyyətə düşüb.Bu haqda bağın direktoru Natiq Allahverdiyev bildirib.
Onun sözlərinə görə, Mərkəzi Nəbatat Bağının alimlərinin və əməkdaşlarının təhlükəsizliyi məqsədilə onlar 28 marta qədər evə buraxılıb.
Natiq Allahverdiyev qeyd edib ki, həmin binanın tarixi memarlıq abidəsi olaraq qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə müraciət ediləcək.
APA