Cari ilin əvvəlindən ölkə əhalisinin sayı 4282 nəfər və ya 0,04 faiz
artaraq 2022-ci il fevral ayının 1-i vəziyyətinə 10 milyon 160 min 648 nəfərə çatıb.Dövlət Statistika Komitəsindən
Sumqayit.tv-yə
verilən məlumata görə, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 50,0 faizini kişilər, 50,0 faizini isə qadınlar təşkil edir.
Bir kvadrat kilometrə düşən əhalinin sayı ölkə üzrə 117 nəfər olub.