“Böyük qayıdışın şah əsəri – Şuşa!” adlı tədbir keçirilib




Martın 16-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə Şuşa şəhərinin yaradılmasının 270 illiyinə həsr olunan “Böyük qayıdışın şah əsəri – Şuşa!” adlı tədbir keçirilib.

Müdafiə Nazirliyinin nümayəndələrinin, “Art Accent” Akademiyasının müəllim və şagird heyətinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edildiyini bildirib, ölkəmizdə dövlət tərəfindən milli-mədəni və tarixi irsimizin qorunmasına, təbliğinə xüsusi diqqət göstərildiyini qeyd ediblər.
Vurğulanıb ki, ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbə, Şuşanın azad edilməsi Azərbaycan hərb tarixinin ən yaddaqalan, şanlı səhifələrindəndir. Azərbaycan əsgəri yenilməz iradəsi, yüksək döyüş ruhu və igidliyi ilə mədəniyyət beşiyimizi işğaldan azad etməklə düşmənlə yanaşı, bütün dünyaya da ordumuzun gücünü, qüdrətini göstərdi.
Sonra Şuşaya həsr olunan sənədli film və “Art Accent” Akademiyasının tələbələrinin rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin orkestrinin solistlərinin ifasında hərbi vətənpərvərlik mahnıları səsləndirilib.


17-03-2022, 15:41 161

Digər xəbərlər

Sumqayıtda 21 yaşlı qız binadan yıxılaraq dünyasını dəyişib - Fotosu

“Bəzi peşələr yoxa çıxacaq” - “ChatGPT”nin yaradıcısı

Kamerun dünyanın ən yaşlı prezidentini seçdi

Sinaqoqa qarşı terror aktı həyata keçirməyə cəhddə təqsirləndirilən şəxsə hök

Sumqayıt və Sarayda Birinci Qarabağ Müharibəsinin itkin düşmüş şəhidinin dəfn mərasimi keçiriləcək

Azərbaycan Kuboku: “Sumqayıt” komandası Zaqatalada qüvvəsini sınayacaq

"Sumqayıt" daha bir basketbolçunun keçidini reallaşdırıb - VİDEO

Sumqayıtın böyük bir ərazisində su kəsintisi olacaq – RƏSMİ

Avro ucuzlaşdı, dollar sabit qaldı – Sumqayıt əhalisinin diqqətinə - RƏSMİ

Saray-Sumqayıt marşrutunda avtobus skandalı – “Karsan”lar xətdən çıxarıldı: Daşıyıcı şirkətdən AÇIQLAMA

Sumqayıtda U-17 üzrə regional cüdo birinciliyi başa çatdı – Medalçılar açıqlandı

Saleh Səmədovun rəis oğlu da işdən çıxarıldı

Pekindən Avropaya iqtisadi zərbə: Brüssel panikada

"Sumqayıt" Azərbaycan Kubokunda II təsnifat mərhələsinə hazırlaşır

Türkiyədə yenə zəlzələ oldu - SON DƏQİQƏ

İqtisadiyyat naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Sumqayıtda ərini döydürməkdə ittiham olunan qadın DANIŞDI

Real Madrid – Barcelona oyunu

Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda yol qəzasında xəsarət alan yeniyetmələrin sayı 6-ya çatıb - YENİLƏNİB

1 2 3 4 5 6 7 8 9 10 ... 975
Dünən, 23:06
Dünən, 22:14
Dünən, 19:59
Dünən, 19:53
Dünən, 18:43
Dünən, 18:34
Dünən, 18:07
Dünən, 17:21
Dünən, 14:17
Dünən, 14:00
Dünən, 12:25
Dünən, 12:11
Dünən, 12:09
Dünən, 12:04
Dünən, 11:52
Dünən, 11:38
Dünən, 11:30
26-10-2025, 22:02
26-10-2025, 21:44
26-10-2025, 20:30
26-10-2025, 16:29
26-10-2025, 16:22
26-10-2025, 16:17
26-10-2025, 16:15
26-10-2025, 15:58
26-10-2025, 15:47
26-10-2025, 15:45
26-10-2025, 15:40
26-10-2025, 15:33
26-10-2025, 15:17
26-10-2025, 13:44
26-10-2025, 13:20
26-10-2025, 13:15
26-10-2025, 13:03
25-10-2025, 21:43
25-10-2025, 21:39
25-10-2025, 21:34
25-10-2025, 21:24
25-10-2025, 20:25
25-10-2025, 20:15
1 2 3 4 5 6 7 8 9 10 ... 975