“Bu sənədlər olmasa, maşını cərimə meydançasına aparmaq...”

“Bu sənədlər olmasa, maşını cərimə meydançasına aparmaq yolverilməzdir”

Bir müddət öncə Dövlət Yol Polisi İdarəsinin yeni nəsil qeydiyyat şəhadətnaməsini istifadəyə verməsi və həmin vəsiqədə yerləşdirilən çip vasitəsilə avtomobilə aid bütün məlumatların qeyd edilməsi ictimai maraq cəlb edib və müzakirələrə səbəb olub.
Sumqayit.tv xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bildirib ki, Azərbaycanın indiki inkişaf səviyyəsinə, inkişaf etmiş ölkələrin, bəzi qonşu ölkələrin təcrübəsinə baxsaq görərik ki, artıq bu tip vəsiqələri də arxivlərə vermək olardı: “Həmin ölkələrdə kağız formada vəsiqələrdən imtina olunur, onları üzərində gəzdirmək məcburi deyil, rəqəmsal vəsiqələrə üstünlük verilir.
BDYP indiki halda texpasportun ölçüsünü kiçiltməklə onun daşınmasını asanlaşdırmaq prinsipini əsas götürüb. Halbuki, indiki zamanda prinsip olaraq onun daşınmasından imtinanın, rəqəmsal vəsiqəyə keçidin əsas götürülməsi məntiqli, innovativ və daha effektiv olardı.

Fotoda: Osman Gündüz

Təəssüf ki, cari ildə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik kifayət qədər mücərrəd formada qəbul edilib və sürücünün sürücülük vəsiqəsini, texpasportu və etibarnaməni üzərində gəzdirməli olmasına dair tələbi ləğv etməyib.
Düşünürəm ki, həm qanunvericilikdə və həm də İXM-də adı çəkilən müddəaları ləğv etmək, sürücünün sürücülük vəsiqəsini, texpasportu və etibarnaməni rəqəmsallaşdıraraq onun mütləq olaraq üzərində gəzdirməsi tələbini aradan qaldırmaq doğru olardı”.
O.Gündüz qeyd edib ki, artıq bütün DYP maşınları bort-kompüterlə təmin edilib: “Onlar real rejimdə uyğun informasiya sistemlərinə bağlana bilir və onların sürücünün şəxsiyyət vəsiqəsi əsasında onu və avtomobili eyniləşdirmək, nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququnu müəyyən etmək imkanları var.
İnternetin olmadığı ərazilərdə də polis öz daxili rabitəsi əsasında bunları müəyyən edə bilir. Düşünürəm ki, yalnız xarici vətəndaş olan sürücülər və xarici avtomobillər üçün kağız formatında tələb etmək məntiqli olardı.
Ölkədə rəqəmsallaşmanın inkişaf etdiyi indiki zamanda sürücüdən kağız formada sürücülük vəsiqəsini, texpasportu və etibarnaməni tələb etmək, olmadıqda maşını cərimə meydançasına aparmaq yolverilməzdir”.

7-07-2021, 16:15 340

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041