Beynəlxalq ikili diplom proqramları üzrə TAIEX seminarı keçirilib


Təhsil Nazirliyinin təşkilatçılığı ilə Avropa Komissiyasının  "Texniki Yardım və İnformasiya Mübadiləsi" (TAIEX) proqramı çərçivəsində ali təhsil müəssisələrinin nümayəndələri üçün “Beynəlxalq ikili diplom proqramları” mövzusunda seminar keçirilib.

Seminarda təhsil nazirinin müşaviri Nicat Məmmədli, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, Avropa Komissiyasının ekspertləri, İspaniyanın Viqo Universitetinin beynəlxalq əlaqələr və layihələr üzrə məsləhətçisi, Milli və Avropa universitetləri üzrə ekspert Eva Garea Oya və İspaniyanın Lion Universitetinin Beynəlmilləşmə məsələləri üzrə rəhbəri Rafel de Paz Uruena, nazirliyin aidiyyəti struktur bölmələrinin nümayəndələri, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin (CVU) ikili diplom proqramının CVU tərəfdən proqram direktoru Sevinc Məmmədova və 30-dan çox yerli ali təhsil müəssisəsinin beynəlxalq əlaqələr üzrə məsul şəxsləri iştirak edib.

İki gün davam edən seminarda Avropa Komissiyasının ekspertləri ali təhsil müəssisələrinin beynəlmilləşməsi, rəqabət qabiliyyətliliyinin artırılması, beynəlxalq sıralamada yer alması, beynəlxalq ikili diplom proqramlarının hazırlanması və həyata keçirilməsi,  əcnəbi tələbələr üçün cəlbediciliyinin artırılması sahələrində öz təcrübələrini yerli həmkarları ilə bölüşüblər. Həmçinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin ikili diplom proqramının yaratdığı imkanlar və çağırışlarla bağlı mövcud təcrübə barədə məlumat verilib. 

31-03-2022, 10:15 170

Digər xəbərlər

Sumqayıtda uşaq bağçası ilə bağlı şikayətlər səsləndirilib

Sumqayıt üzrə aprelin pensiya ödənişləri yekunlaşıb

İşdən çıxarılan Rəşad Əhmədalıyevin böyük sərvəti ortaya ÇIXDI - Siyahı adamı heyrətləndirir

Türkiyə universitetlərinin nümayəndələri Sumqayıt Sənaye Parkında olublar - FOTO

Sumqayıtda konsert biletləri zorla satılır? – AÇIQLAMA

Sumqayıtda məlumat lövhəsi təhlükə yaradır? – Sakinlər narazıdır-VİDEO

Metroda giriş-çıxış bağlandı, sərnişinlər tuneldə qaldı

Sumqayıtın deputatı Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq tədbirlərdə iştirak edib-FOTOLAR

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumun işi Ali Məhkəmədə

Sumqayıtda şəhid Kənan Allahverdiyev adına yol yararsız vəziyyətə düşüb –ŞİKAYƏT

Sumqayıtlıların NƏZƏRİNƏ: Bəzi ərazilərdə su olmayacaq

Sumqayıtda baş memar postu ona həvalə edilib - FOTO

Türkiyə universitetlərinin nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

Sumqayıt Regional Mərkəzinin əməkdaşı Azərbaycan çempionatında medal qazandı

Sumqayıt məktəbliləri üçün vacib xəbər: 9-cu sinif buraxılış imtahanı aprelin 26-da keçiriləcək

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan sonuncusu da evə buraxıldı

Sumqayıtda yarımstansiyaların yaxınlığında aparılan tikinti işlərinə AYDINLIQ GƏTİRİLDİ - VİDEO

“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı

Şikayət: Sumqayıtda bataqlıqlar artıb, yağış suları çəkilmir - VİDEO

AQTA-dan Sumqayıt məktəbləri ilə bağlı ciddi açıqlama: 21 məktəbdə sanitar pozuntular aşkarlanıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1042
Bu gün, 10:02
Dünən, 18:51
Dünən, 18:18
Dünən, 18:12
Dünən, 17:41
Dünən, 15:09
Dünən, 14:16
Dünən, 13:49
Dünən, 10:51
Dünən, 09:58
20-04-2026, 23:24
20-04-2026, 22:50
20-04-2026, 18:22
20-04-2026, 18:17
20-04-2026, 18:12
20-04-2026, 18:06
20-04-2026, 15:00
20-04-2026, 12:56
20-04-2026, 12:34
20-04-2026, 11:25
20-04-2026, 10:35
20-04-2026, 08:00
19-04-2026, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1042