Azərbaycan quru sərhədlərini aça bilər - AÇIQLAMA



“Aprel ayında quru sərhədlərinin ya qismən, ya da tam açılması mümkün ola bilər”.
Bu sözləri Milli Məclisin deputatı Musa Quliyev deyib.
O qeyd edib ki, quru sərhədlərinin açılması ilə bağlı hökumətdə məsləhətləşmələr gedir:

“Koronavirus pandemiyası dünyada yavaş-yavaş sona yetmək üzrədir. Azərbaycanda da bütün statistik göstəricilər yaxşıdır, epidemioloji situasiya gündən-günə yaxşılaşır. Bu səbəbdən məhdudiyyətlər də aradan qaldırılır. Mənim məlumatıma görə, quru sərhədlərinin açılması ilə bağlı hökumətdə məsləhətləşmələr gedir. Yəqin ki, aprel ayında quru sərhədlərinin ya qismən, ya tam açılması mümkün ola bilər”.
Deputat həmçinin qeyd edib ki, bu məsələ digər ölkənin epidemioloji vəziyyətindən də asılıdır:
“Quru sərhədlərinin açılması ikitərəfli həll olan məsələdir. Biz öz tərəfimizi aça bilərik, amma qarşı tərəfdə ölkənin epidemioloji vəziyyəti necədir, onlar açacaq, yoxsa yox, bundan da asılıdır. Ona görə də bu, hökumətlərarası danışıqlar səviyyəsində həll olunan bir məsələdir”. 
Məsələ ilə bağlı danışan deputat Rüfət Quliyev qeyd edib ki, quru sərhədlərinin açılması zamanı proses mərhələ-mərhələ baş tutacaq:

“Quru sərhədlərinin açılması üçün təkcə 5 günün, 10 günün, bir ayın koronavirus nəticələri kifayət deyil. Bununla mütəmadi olaraq məşğul olmaq lazımdır. Operativ Qərargah bu məsələ ilə məşğuldur. Əgər bu sərhədlər, Allahın köməyi ilə açılacaqsa, qərar verildikdən sonra onlar birdəfəlik deyil, mərhələ-mərhələ açılacaq”.
Deputatın sözlərinə görə, sərhədlər birdəfəlik açılsa, bu, böyük bir fəlakətə gətirib çıxara bilər:
“Biz Operativ Qərargahın səyləri nəticəsində xəstəliyin qarşısını kifayət qədər aldıq. Yeni yoluxmalar heç yüzə gəlib çatmır. Sərhədlər birdəfəlik açılsa, bu böyük bir fəlakətə gətirib çıxara bilər. Ona görə də darıxmayaq, biz Operativ Qərargaha inanaq. Orada hansı məsləhət olunsa, o qərar də veriləcək”.
azxeber

31-03-2022, 17:23 218

Digər xəbərlər

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1059