Azərbaycanda 2 nazirliyə yeni səlahiyyət verildi


“Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 may tarixli qərarında dəyişiklik edilib. 

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 
Qərara əsasən, “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC artıq qanunvericiliklə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinin razılığı ilə nümayəndəlik və filiallar, tabeliyində olan hüquqi şəxs statuslu qurumlar yarada, yenidən təşkil və ya ləğv edə biləcək.
İdarə heyətinin tərkibi 3 nəfərdən - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri və sədrin iki müavinindən ibarətdir.
Bundan əvvəl İdarə heyətinin tərkibi 3 nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən sədrin iki müavinindən ibarət idi.
“Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin sədri Cəmiyyətin strukturunu, aparatının işçilərinin say həddi və xərclər smetası barədə təkliflərini hazırlayır və təsdiq edilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edəcək.
Cəmiyyət mühasibat uçotunu təşkil edir, tabeliyində olan qurumların rüblük və illik maliyyə hesabatlarına və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına baxır, icmallaşdırır və təsdiq edir, həmçinin illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edir və təsdiq olunması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edəcək.
Cəmiyyətin filial və nümayəndəliklərinin, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə vəzifəyə təyin edir və vəzifədən azad edəcək.
Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçiriləcək.

7-04-2022, 16:27 171

Digər xəbərlər

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1059