Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında Memorandum imzalanıb


7 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.
Əməkdaşlıq Memorandumunun məqsədi işğaldan azad olunan ərazilərdə tarix və mədəniyyət abidələrinin bərpası, yenidənqurulması və qorunması, işğaldan azad edilən ərazilərdə dayanıqlı məskunlaşmaya, əlverişli həyat şəraitinin yaradılmasına, inkişafa və nəticədə bu ərazilərin yüksək rifaha malik regiona çevrilməsinə töhfə verməkdir.
Anlaşma Memorandumunda işğaldan azad olunan ərazilərdə bərpaya ehtiyacı olan tarixi və mədəni  obyektlərin real vəziyyətinin təhlili, tarixi və bədii maraq baxımından, Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən daşınar və ya daşınmaz mədəni irsin bərpası və yenidənqurulması, mədəniyyət müəssisələrinin tikintisi sahəsində dövlət-özəl tərəfdaşlığı mexanizminin hazırlanması, təşviqatı və inkişaf etdirilməsi, bu ərazilərdə yaradıcı sənayelərin formalaşması prosesinin təşviqi və dəstəklənməsi kimi məsələlər əhatə olunub.
Razılaşmada eyni zamanda, tarix-memarlıq və arxeoloji abidələrin tədqiqatının, mütəxəssis qrupları tərəfindən abidələr üzrə təhlilin aparılması, təhlil və tədqiqatlar əsasında elmi nəşrlərin təşkili, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində bölgənin tarixi, mədəniyyəti, adət-ənənələri və digər dəyərlərinə həsr olunan, o cümlədən Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı və 2024-cü ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar birgə layihələrin həyata keçirilməsi öz əksini tapıb.
Qeyd olunmalıdır ki, işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi, ianələrin cəlb edilməsi Qarabağa vurulan ziyanın həcmi barədə məlumatlandırılmasından birbaşa asılıdır.
Bu əməkdaşlıq çərçivəsində Azərbaycan cəmiyyətinin və diasporun geniş dairələrini bərpa və yenidənqurma işlərinə cəlb etmək, onlarda iştirakın zəruriliyi hissini formalaşdırmaq, erməni işğalı nəticəsində Qarabağa dəyən zərər haqqında məlumatlandrmaq məqsədilə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərinin aparılması, ianə mədəniyyətinin təbliği kimi əhəmiyyətli məsələləri də əhatə edəcək.
Tərəflər bu əməkdaşlığın işğaldan azad edilən ərazilərin bərpası, yenidənqurulması, sosial-iqtisadi rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdə əhəmiyyətli rol oynayacağını ifadə ediblər.


8-04-2022, 12:25 565

Digər xəbərlər

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1059