2772 müharibə iştirakçısına əlillik verilib


Vətən müharibəsi şəhidlərinin ailə üzvləri olan 7969 şəxsə 15922 sosial ödəniş (Prezidentin təqaüdü, sosial müavinət, pensiya) təyin olunub, həmçinin 2772 müharibə iştirakçısına əlillik və 5544 sosial ödəniş təyin olunub. Cari ilin ilk rübündə "Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünün təyinatına da başlanaraq proses yekunlaşıb.
 
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumatda bildirilib.
 
Qeyd edilib ki, bütün sosial ödənişlərin vətəndaşların müraciəti olmadan və onların sənədlər təqdim etmələrinə ehtiyac qalmadan, elektron sistem üzərindən proaktiv qaydada təyinatı həyata keçirilib:
 
"Prezident İlham Əliyevin Fərman və Sərəncamları ilə şəhid ailələri, müharibə əlilləri üçün sosial ödənişlərin məbləği də həm 2021-ci ildə, həm 2022-ci ilin əvvəlindən əhəmiyyətli dərəcədə artırılıb.
Mühüm sosial dəstək tədbirlərindən biri də şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatıdır. Bu proqram 2021-ci ildə 5 dəfə genişlənib. Ötən il şəhid ailələri və müharibə əlillərinə 3 min, 2022-ci ilin əvvəlindən daha 200 mənzil, postmüharibə dövründə isə 3200 mənzil verilib".
 
Bildirilib ki, ümumən ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib:
 
"Müharibə əlillərinin atomobillə təminatı tədbirləri də davam edir. Nazirlik 2021-ci ildə daha 164 nəfər müharibə əlilinə minik avtomobili təqdim edib və bu günədək 7400 müharibə əlili avtomobillə təmin olunub.
Postmüharibə dövründə şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər də daxil olmaqla 11 minə yaxın şəxsin aktiv məşğulluq proqramlarına, o cümlədən 6,5 min şəxsin özünüməşğulluq proqramına cəlb olunması təmin edilib".
 
"Bu ilin 1 aprel tarixinə "Məşğulluq marafonu”na 627 işəgötürən qoşularaq 4365 vakansiya təqdim edib və marafon üzrə artıq 2 minə yaxın şəxs işlə təmin olunub.
Həmçinin 8 minə yaxın şəxsə 23 minədək sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, 1337 müharibə əlilinə 16413 reabilitasiya vasitəsi verilib. Dövlət başçısının göstərişi ilə 2020-ci ilin dekabr ayından müharibə əlillərinin yüksək texnologiyalı protezlə təminatına başlanıb ki, bu proqram üzrə 270 nəfər müharibə əlili yüksək texnologiyalı 290 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib.
Şəhid ailələrinə, müharibədə yaralanmış hərbi qulluqçulara mərkəzi və rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən 26 istiqamətdə xidmətlərin "bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edildiyi vahid əlaqələndirmə mərkəzlərində 26 min şəxsə xidmətlər göstərilib. Sosial dəstək çərçivəsində birdəfəlik maddi yardımla, ərzaq dəstəyi ilə təminat işləri də aparılıb.
Ümumilikdə, postmüharibə dövründə hazırda da davam edən sosial dəstək tədbirləri 1 aprel 2022-ci il tarixə şəhid ailələri üzvləri, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkənlərdən ibarət 100 minədək şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib", - məlumatda bildirilib.

12-04-2022, 12:58 236

Digər xəbərlər

Sumqayıtda avtobus sürücüsü ilə taksi sürücüsü arasında gərginlik yaşanıb

SDU-da vətəndaş qəbulu keçirilib

Hər bir sakin xidmətlərə orta hesabla 500 manatdan çox xərcləyib

“Sumqayıt”ın futbolçuları milliyə çağırılıb

Uqandada yeni Ebola yoluxmaları qeydə alınıb

Sumqayıtda qanunsuz tikili sökülüb

WUF13 ÇƏRÇIVƏSINDƏ “Münaqişədən sonrakı dövrdə regionda yaşıl icma iştirakçılığı və şəhərsalmanın inkişafında qadınların rolu: Qarabağ nümunəsi” mövzusu müzakirə olundu

Sumqayıtda ağırtonnajlı maşınların hərəkəti yolda çökmələr yaradır – sakinlər narahatdır - VİDEO

Paşinyan Sumqayıtla bağlı açıqlama verib

Mehdiabad qəsəbəsində qaz təchizatı dayandırılacaq

Sumqayıt Apellyasiya Məhkəməsinə yeni hakim təyin olunacaq

WUF 13: Azərbaycanın Mükəmməllik Modeli və Gələcəyin Şəhər Vizyonu - NƏSİMİ ƏBİLOV

Sumqayıtda ictimai nəqliyyatda nəzarət tədbirləri davam etdirilir

Bilgəh–Novxanı–Pirşağı–Sumqayıt yolu ilə bağlı yeni açıqlama verildi

Azərbaycanda yeni “yaşıl dəhlizlər” yaradılacaq – şəhərlərlə bağlı yeni yanaşma

Sumqayıt Dövlət Universiteti beynəlxalq “Urban Expo” sərgisində təmsil olunur

Sumqayıt məktəbliləri “Zəkaların mübarizəsi II” olimpiadasının finalında iştirak ediblər

Sumqayıt istiqamətində yeni yol layihəsi: Bakıdakı tıxacların azalmasına təsir edəcək

Sumqayıtda sakinlər kanalizasiya problemindən şikayətlənirlər – baxan yoxdur

Sumqayıt İcra Hakimiyyəti 45-ci məhəllədəki bina ilə bağlı açıqlama verib

1 2 3 4 5 6 7 8 9 10 ... 1056
Dünən, 21:22
Dünən, 19:42
Dünən, 17:43
Dünən, 17:36
Dünən, 17:33
Dünən, 13:03
22-05-2026, 20:36
22-05-2026, 19:18
22-05-2026, 17:26
22-05-2026, 17:21
22-05-2026, 14:19
22-05-2026, 11:08
22-05-2026, 11:01
21-05-2026, 19:04
21-05-2026, 18:54
21-05-2026, 16:58
21-05-2026, 16:52
21-05-2026, 14:23
21-05-2026, 13:30
21-05-2026, 12:02
21-05-2026, 11:22
21-05-2026, 11:19
21-05-2026, 10:48
21-05-2026, 10:37
20-05-2026, 21:51
20-05-2026, 21:00
20-05-2026, 20:41
20-05-2026, 20:00
20-05-2026, 16:52
20-05-2026, 16:42
20-05-2026, 16:03
20-05-2026, 15:28
20-05-2026, 15:25
20-05-2026, 14:43
20-05-2026, 11:14
20-05-2026, 10:48
20-05-2026, 10:42
20-05-2026, 10:38
19-05-2026, 21:14
19-05-2026, 21:13
1 2 3 4 5 6 7 8 9 10 ... 1056