Bakıda 100-dən artıq bina qəzalı vəziyyətdədir

Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda 100-dən artıq binanın qəzalı vəziyyətdə olduğu təsdiqlənib.

Bunu Trend-ə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, əgər daha ciddi araşdırılsa, bu say arta bilər:
“Həmin binaların əksəriyyəti sakinlər tərəfindən aidiyyəti qurumlara müraciət olunduqdan sonra yoxlanış aparılaraq qəzalı kimi qeydiyyata alınıb. Ciddi şəkildə monitorinq aparılsa, qəzalı vəziyyətdə olan binaların sayı arta bilər. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılacaq komissiyanın qəzalı vəziyyətdə olan binaları qeydə alması müsbət hal olacaq. Çünki qeydə alınacaq qəzalı binalarla bağlı müəyyən addımlar atılacaq ki, bu da baş verə biləcək təhlükənin qarşısını alacaq.
Hazırda paytaxtda köhnə binaları söküb yerində təzə bina tikənlər özəl şirkətlərdir. Biz əmlak bazarına nəzər salsaq, tikinti ilə məşğul olan şirkətlər müştəri araşdırması aparır, daha sonra ümumi ərazi üzrə qiyməti hesablayaraq söküntü işlərinə başlayırlar. Paytaxtın elə əraziləri var ki, orada qəzalı vəziyyətdə binalar olsa da həmin tikililəri söküb yenisini tikmək tikinti şirkətləri üçün sərfəli deyil. Qəzalı və istismar müddəti bitən çoxmənzilli yaşayış binaları sökülənə qədər həmin binalarda tikinti bərpa işləri aparmaq lazımdır. Qısa müddətdə bütün qəzalı binaların sökülüb tikilməsi mümkün deyil. Buna çox böyük maliyyə lazımdır. Yaradılan komissiya monitorinqlər apardıqdan sonra lazımı binaları təmir edib, söküləcək vaxta qədər gözləmək lazımdır”, - deyə ekspert qeyd edib.
Qeyd edək ki, Bakı şəhərində qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq komissiya yaradılıb.

27-04-2022, 15:50 286

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064