“Azərsu” Qarabağdakı abunəçilərinin sayını AÇIQLADI

“Azərsu” ASC-nin işğaldan azad edilmiş ərazilərdə 200-dən çox abunəçisi var.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı bildirib.
Onun sözlərinə görə, hazırda təmsil etdiyi qurumun Şuşa, Kəlbəcər, Zəngilan və Xocavənddə (Hadrut) dörd briqadası fasiləsiz xidmət göstərir:
“Həm hərbi obyektləri, həm də orada tikinti və minatəmizləmə işləri aparan mülki əhalini su ilə təchiz edirik. Abunəçilərlə müqavilə bağlayıb sayğaclar quraşdırmışıq. İlk vacib işimiz isə Ağdamda olub. Ötən il burada Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin su təchizatı sistemlərini yenidən qurmuşuq.
Bundan başqa, Ağdamın su mənbələrinin müəyyən olunması ilə bağlı kompleks işlər aparmışıq. İki ədəd qiymətləndirmə-kəşfiyyat quyusu qazılıb. O quyularda məhsuldarlıq və suyun keyfiyyəti normalara tam uyğundur. Həmin quyular imkan verdi ki, biz Ağdamın su təchizatını subartezian quyuları vasitəsilə quraq.
Gələcəkdə baş plana uyğun olaraq görüləcək işlər çərçivəsində magistral kəmərin, anbarın tikintisi, daxili şəbəkənin yenidən qurulması işlərini həyata keçirəcəyik”, - deyə o qeyd edib.




27-04-2022, 16:30 259

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064