15 şəhər və rayon ərazisində əlaqələndirmə mərkəzləri açılıb

Prezident İlham Əliyevin Fərmanının icrası işlərinin davamı olaraq, şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətlərinin qəbulu məqsədilə daha üç rayonda  -  Şəmkir, Qusar və Salyan rayonlarında regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayıb. 

Mərkəzlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Şəmkir, Qusar və Salyan rayonlarındakı ərazi filiallarının binasında fəaliyyət göstərir. Bu mərkəzlər ətraf bölgələr də daxil olmaqla ümumilikdə 15 rayon və şəhər üzrə şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə xidmət edir:
• Şəmkir rayonundakı vahid əlaqələndirmə mərkəzində (Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 40) Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonları üzrə;
• Qusar rayonundakı vahid əlaqələndirmə mərkəzində (Qusar şəhəri, Məhəmməd Füzuli küçəsi, 21) Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonları üzrə;
• Salyan rayonundakı vahid əlaqələndirmə mərkəzində (Salyan şəhəri, Səməd Vurğun küçəsi, 80q) Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Salyan, Neftçala rayonları üzrə vətəndaşların müraciətləri qəbul olunur.
2021-ci ilin avqust ayından artıq 50-yə yaxın şəhər və rayon üzrə vahid əlaqələndirmə mərkəzləri açılıb.
Bu mərkəzlərdə mərkəzi icra hakimiyyəti orqanları - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və müvafiq yerli icra hakimiyyətləri orqanları daxil olmaqla 50-dən çox qurum üzrə 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında birbaşa (yerində), 142 “Çağrı Mərkəzi” vasitəsilə və səyyar formada həyata keçirilir.
Ötən dövrdə vahid əlaqələndirmə mərkəzlərində 31 mindən çox müraciət üzrə xidmətlər göstərilib, habelə 142 “Çağrı Mərkəzi”nə qeyd olunan mərkəzlərin fəaliyyət sahələri üzrə daxil olan 87,5 min müraciət cavablandırılıb.



11-05-2022, 11:30 237

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064