FETÖ-nun Azərbaycan işlərinə rəhbərlik etdən şəxsin kimliyi təsdiqləndi...

İyunun əvvəllərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində yoxa çıxan və Milli İstihbarat Təşkilatının (MİT) keçirdiyi xüsusi əməliyyatla Türkiyəyə aparıldığı prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən bundan təxminən bir ay sonra açıqlanan yüksək rütbəli FETÖ (Fətullahçı terror təşkilatı) mənsubu Orhan İnandının istintaqa verdiyi ifadənin təfərrüatları məlum olub.
Sumqayit.tv
Virtualaz.org-a istinadən xəbər verir ki, Orhan İnandı Fətullah Gülən qruplaşmasına üzv olduğunu, 36 ildir bu hərəkatın içərisində yer aldığını etiraf edib. Bu haqda TRT Haber müxbiri bildirir.
Orhan İnandı Qırğızıstanda özəl “Sebat” tədris kurslarının rəhbəri olub və neçə vaxtdır bu ölkənin hüquq-mühafizə orqanları onun həbsi və Türkiyəyə ekstradisiyası barədə tələbləri rədd edirdi. İyunun əvvəllərində İnandı yoxa çıxıb, ertəsi gün onun avtomobilini tapıblar, özünün harada olduğu haqda heç bir məlumat əldə etmək mümkün olmayıb. İnandının yoxa çıxmasına görə Qırğızıstanda etirazlar başlayıb və ölkənin hüquq-mühafizə orqanlarının rəhbərləri onun oğurlanmasında iştiraklarının olmadıqlarını bildiriblər. İnandının Qırğızıstandan hansı yolla çıxarıldığı və digər detallar qaranlıq qalır.
Orhan İnandı FETÖ-nun Orta Asiya respublikaları üzrə (Özbəkistan xaric) məsul şəxsi olub. İfadəsində təsdiq edib ki, əvvəlcə hərəkatın Qırğızıstan üzrə məsul şəxsi (yaxud imamı) olub. 2017-ci ildən isə Fətullah Gülənin təlimatı ilə Qırğızıstanla yanaşı Azərbaycan, Qazaxıstan, Türkmənistan və Tacikistan üzrə məsul şəxs olduğunu təsdiqləyib.
İnandı Fətullah Gülənlə dəfələrlə görüşdüyünü də etiraf edib, sonuncu görüşünün bu ilin martında baş tutduğunu bildirib. Türkiyədə 2016-cı il iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin iki nömrəli şəxsi, hazırda axtarışda olan Adil Öksüzü (mülki şəxs olub) şəxsən tanıdığını, onunla Ankarada görüşdüyünü təsdiqləyib.
O, Qırğızıstanda FETÖ mənsublarına pasport almaqda kömək etdiyini də etiraf edib, bildirib ki, həmin ölkədə diplomatik nömrə nişanlı avtomobillə gəzirdi. Orhan İnandı 26 illik fəaliyyəti ərzində Qırğızıstandakı FETÖ məktəblərindən 20 min nəfərin məzun olduğunu bildirib. Həmin məzunlardan bir çoxunun Qırğızıstanda mühüm vəzifələr tutduğunu deyib.
Dindirmə zamanı İnandı FETÖ barədə “təşkilat” və ya “terror təşkilatı” ifadələrini işlətməyib, təşkilatı “camaat” adlandırıb, Fətullah Gülənə isə “xoca əfəndi” deyib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və həbsxanaya göndərilib.

14-07-2021, 10:45 272

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041