“Məcburi köçkünlər, xüsusilə yaşlı insanlar bizə müraciət edirlər, azad olunmuş ərazilərə getmək istəyirlər".
Sumqayit.tv xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk plenar iclasında parlamentin Ailə, Qadın və uşaq komitəsinin sədri Hicran Hüseynova danışıb.
Komitə sədri təklif edib ki, minalardan təmizlənmiş ərazilərə yaşlı insanların səfəri təşkil olunsun.