“Günə 10 kişi ilə cinsi əlaqədə olurduq, 50 lirə verirdilər” - Fahişəliyə məcbur edilən qadın


Xaçmaz rayonundan bir neçə qadını işləmək adı ilə aldadaraq Türkiyəyə aparıb fahişəliyə məcbur edən Aynurənin məhkəməsi keçirilib.
Sumqayit.tv-in məlumatına görə,  62 yaşlı A.Quliyeva 2017-ci ilin iyun ayında Xaçmaz rayonu Xudat şəhərindəki evində kirayədə yaşayan Gülərə Türkiyənin Merzifon şəhərində iş təklif edib.
Gülər məhkəmədə ifadə verərək deyib ki, Aynurə ilə öncə Xaçmaz rayonunda çayxanada ofisiant işləyərkən tanış olub. Aynurə də həmin kafedə aşpaz işləyib: “Mənə dedi ki, həmin şəhərdə Cəmilə adlı tanışı var, fahişəliklə məşğul olur və buna görə də uşağına baxa bilmir. Mənə təklif etdi ki, Cəmilənin uşağına baxıb günə 10 manat pul alacağam. Mən də razılaşdım, birgə Merzifona getdik. Cəmilə uşağı mənim yanımda qoyub özü gecələr kişilərlə görüşməyə gedirdi. Sonra Aynurə Cəmilədən borca pul götürdü və qaytara bilmədiyi üçün o da fahişəliyə başladı. Bir müddət sonra Aynurə ilə ayrıca kirayə ev tutub birgə fahişəlik edib Cəmiləyə olan borcu yığıb qaytardıq”.
Gülər ifadəsinin davamında qeyd edib ki, bir müddət sonra Aynurə Xaçmaza qayıdaraq kafelərin birində xadimə işləyən Rəvanə və Aygünü də özü ilə Türkiyəyə gətirib: “O qızları Yavuzun evinə apardı, onlardan xarici pasportları aldılar ki, itirməsinlər”.
Rəvanə ifadəsində bildirib ki, Yavuzun evinə getdikdən sonra həmin şəxs ora bir neçə kişini dəvət edib: “Aynurə dedi ki, bu kişilərlə cinsi əlaqədə olmalısınız. Bizim ona 450 manat borcumuz var idi. Biz borcu ödəmək üçün gündə 8-10 kişi ilə əlaqədə olurduq. Amma Aynurə bizə 50 lirə verirdi”.
Gülər əlavə edib ki, 10 gün onları istismar etdikdən sonra xarici pasportunu alaraq oradan gedib, lakin Rəvanə ilə Aygün Yavuzun evində qalıb: “Kişilərdən nə qədər pul aldıqlarını bilmirdik. Bəzən mən hansısa kişi ilə cinsi əlaqədə olmaqdan imtina edirdim. Onda Aynurə məni danlayıb fikrimdən daşındırmağa çalışırdı. Bəzən də kişilər bizi bəyənməyib əlaqədə olmurdu. Mən pasportumu alandan sonra Azərbaycana qayıtdım. Aynurə də gələndən donra ondan Türkiyədə işlədiyimiz vaxt bizi istismar edib aldığı pulları geri qaytarmasını tələb etdik. Aynurə isə pulları qaytarmadı”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Quliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib.

19-07-2021, 12:43 228

Digər xəbərlər

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

Sumqayıtın tanınmış ictimai-siyasi siması Qüdrət Kərimov vəfat edib

İyulun pensiyası ilə bağlı vacib MƏLUMAT

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 16:35
Dünən, 16:24
Dünən, 15:58
Dünən, 14:22
Dünən, 12:29
Dünən, 12:03
Dünən, 11:54
Dünən, 11:52
Dünən, 11:49
Dünən, 11:40
Dünən, 01:06
Dünən, 00:47
Dünən, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
3-07-2025, 17:30
3-07-2025, 17:26
1 2 3 4 5 6 7 8 9 10 ... 964