"Azəriqaz"dan əhaliyə XƏBƏRDARLIQ: Sentyabr ayından etibarən...

Qaz xətlərinin keçdiyi ərazilərin zəbt olunmasının qarşısını almaq məqsədilə sentyabr ayından etibarən yoxlamaların keçirilməsi nəzərdə tutulur.

 

Sumqayit.tv xəbər verir ki, bu barədə "Azəriqaz” İB-nin şöbə rəisi İlkin Behbudov "Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə, bununla bağlı addımların atılması üçün Nazirlər Kabinetinin müvafiq qərar verəcəyi gözlənilir.

 

"Qaz xətləri ilə bağlı bizə şikayətlər daxil olur. Bu kimi hallara əsasən həyət evlərində, çoxmərtəbəli binaların birinci mərtəbələrində rast gəlinir. Sakinlər qaz xətti keçən ərazini hasara alaraq orada özləri üçün bağça düzəldirlər və qaz kəməri bu bağçanın içində qalır. Bizə bununla bağlı qonşular tərəfindən şikayətlər daxil olur. Maraqlı məqamlardan biri də odur ki, yerli icra orqanları tərəfindən də bununla bağlı bizə yazanlar olur. Lakin "Azəriqaz”ın həmin hadisəyə təsir imkanları minimumdur, nəinki həmin o məktubu yazan yerli icra orqanlarının. Çünki bizim belə bir səlahiyyətimiz və işçi qüvvəmiz yoxdur ki, orada hər hansı söküntü işlərini aparaq”, - deyə İlkin Behbudov qeyd edib.

 

O əlavə edib ki, belə hallar həm orada yaşayan abonentlərin təhlükəsizliyinə, həm də şəhərin görüntüsünə xələl gətirir.

 

"Hazırda bu işlər davam etdirilir, amma əsas məsələ odur ki, biz ölkə başçısının Fərmanı ilə bu kimi halların müəyyən edilməsi üçün yoxlamaların keçirilməsinə yaxın müddətdə, çox güman ki, sentyabr ayından başlayacağıq. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarını gözləyirik”, - deyə İlkin Behbudov bildirib.
 (APA)

15-07-2022, 17:02 152

Digər xəbərlər

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1059